3 günə 1 kilo arıqladan XİYAR PƏHRİZİ

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 6 975
Səs ver:
(səs: 1)
Türkiyəli dietoloq Ender Saraç yeni pəhriz reseptini təqdim edib.

Mütəxəssis xiyarla 3 gündə bir kilo arıqlamağın mümkün olduğunu iddia edir. E. Saraçın xiyar pəhrizi ilə sizi də tanış edirik.

1-ci gün
Səhər: 2 ədəd xiyar və bir stəkan ilıq limonlu su
Birinci ara pay: 2 ədəd xiyar, bir stəkan ayran
Nahar yeməyi: 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil, 3 orta boy dilimlənmiş, qaynadılmış balqabaq qataraq yeyin.
İkinci ara pay: 3 ədəd qoz, 3 ədəd xiyar.
Üçüncü ara pay: 1 ədəd yaşıl alma
Axşam yeməyi: Bir boşqab zeytunyağlı balqabaq, 4 yemək qaşığı yarma plovu (mümkün qədər erkən saatda yeyin)
Gecə: 2 ədəd xiyar

2-ci gün
Səhər: Ballı, limonlu ilıq su, 2 ədəd xiyar, 2 dilim yağsız pendir
Birinci ara pay: 1 ədəd kivi, 4-5 dənə çiyələk.
Nahar yeməyi: 1 boşqab az yağlı qıyma ilə hazırlanmış balqabaq, 1 dilim
qızarmış çovdar çörəyi.
İkinci ara pay: 1 stəkan az yağlı keçi südü, 2 qoz.
Axşam yeməyi: 2 xiyar, 1 ədəd yumurta, 2 acı bibər (mümkün qədər erkən saatlarda yeyin)
Gecə: 2 ədəd xiyar

3-cü gün
Səhər: 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar; 2 şorba qaşığı az duzlu pendir.
Birinci ara pay: 1 yaşıl alma.
Nahar yeməyi: 1 kasa yaşıl mərcimək, 1 boşqab zeytunyağlı balqabaq.
İkinci ara pay: 2 ədəd xiyar.
Üçüncü ara pay: 1 stəkan ilıq, yağsız südün içinə zəncəfil əlavə edib için, yanında 2 qoz.
Axşam yeməyi: 1 kasa bol xiyar, yağsız qatıq, 3 yumurta ağı ilə acı bibərli omlet (mümkün qədər erkən saatlarda yeyin)
Gecə: Bir ovuc ləbləbi, 2 xiyar.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 6 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri