Arıqladan çimərlik paltarı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 117
Səs ver:
(səs: 0)
Arıqladan çimərlik paltarı

Arıqlamaq istəyən qadınlar üçün daha bir xüsusi vasitə hazırlanıb. Belə ki, Böyük Britaniyada artıq çəkidən xilas olmağa kömək edən çimərlik paltarı yaradılıb. Rusiya mətbuatının məlumatına görə, "Çimərlik paltarında pəhriz" adlanan paltarın yaradıcıları bildirir ki, məhz bu kostyumda qaralmaqla 30 gün ərzində təxminən 14 kiloqram arıqlamaq mümkündür. Bunun üçün heç bir fiziki işə və ya pəhrizə "müraciət" etmək lazım deyil. Paltardan istifadə edərək arıqlamaq qaydası da çox sadədir. Sadəcə, 1 ay ərzində hər gün bu çimərlik paltarını geymək kifayətdir. Paltar qadınlarda qarını əritməklə yanaşı, sinəni böyütməyə də qadirdir. Bu zaman orqanizmə heç bir zərərin dəymədiyi də istehsalçılar tərəfindən xüsusi vurğulanır. Artıq yeni çimərlik paltarına maraq həddən artıqdır. Onun yaxın vaxtlarda satışa çıxarılacağı açıqlanır. 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri