Dişləridə ağardan süd pəhrizi

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 2 372
Səs ver:
(səs: 1)
Süd pəhrizi süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoqurt və hər növ pendirdən ibarətdir. Onun bəzən "ağ pəhriz" adlandırılmasının səbəbi də elə bununla bağlıdır. Süd məhsulları toxluq hissi yaradan zülal və faydalı maddələrlə zəngindir. Ona əməl edərkən yalnız kərə yağı və dondurmadan uzaq olmaq lazımdır, çünki həmin məhsullar çox yağlı olduğundan yüksək kalorilidir. Vacib məsələlərdən biri də mütəmadi olaraq su içilməsidir. Pəhriz zamanı vitamin kompleksi qəbul edilməlidir, çünki orqanizmi yalnız süd məhsullarının ümidinə qoymaq olmaz.

Süd pəhrizinə əməl etməyin bir sıra şərtləri var. Birincisi, yağlılıq faizi az olan ərzaqlara üstünlük verilməlidir. Bu, o demək deyil ki, 1-2 qram yağ çəkini artırır, sadəcə, yüksək yağlılıq ürək-damar sisteminin işini pozur.

İkincisi, süd məhsullarına meyvə-tərəvəz əlavə edilməlidir. Meyvəni kefirə və ya kəsmiyə qatmaq, tərəvəzləri isə çiy halda yemək olar. Armud, turş və sitrus meyvələri menyudan çıxarılmalıdır. Alma, banan, ərik və şaftalı, qurudulmuş halda gavalı və üzüm yemək olar.

Süd pəhrizinə bir həftə əməl edilməsi 5 kiloqramdan artıq çəki itirməyə səbəb olur. Bu pəhriz arıqlamaqla yanaşı, dərinin vəziyyətinə də yaxşı təsir göstərir. Pəhriz müddətində gün ərzində dörd dəfə qidalanmaq və hər dəfə qidadan əvvəl 1 stəkan mineral su içmək məsləhət görülür.

Qastrit və mədə xorasından əziyyət çəkənlər süd pəhrizi saxlamamalıdırlar. Həkimlər ağartı məhsullarının boş mədəyə qəbul edilməsinin əleyhinədirlər. Süddən çox istifadə edilməsi kalsium mübadiləsini poza və orqanizmdə şlakların toplanmasına gətirib çıxara bilər.

Süd pəhrizinin saxlanılması dişlərin ağarmasına da çox yaxşı təsir göstərir. Bir həftə saxlanılan pəhriz nəticəsində dişlər tam ağarmasa da rəngi açılır. Pəhriz həzmetmə orqanlarının işini normalaşdırır, bağırsağı təmizləyir, immuniteti və orqanizmin viruslara qarşı dözümünü artırır. Süd məhsullarının tərkibindəki kalsium sümükləri möhkəmləndirir, sinir sistemini normaya salır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri