İdeal pəhrizin incə məqamları

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 501
Səs ver:
(səs: 1)
Hər kəs özü üçün ən uyğun pəhrizi tapmaq istəyir. Lakin iş həyatından şəxsi həyata qədər hər insan fərqli faktorlardan təsirlənir. Ən yaxşı pəhrizin yaşam tərzi, büdcə, qidalanma tərcihlərinə görə seçilməsi lazım olduğunu bildirən Herbalife Qidalanma Danışmanı Susuan Bowerman, ideal seçimləri paylaşdı.

Ümumilikdə, pəhrizə başlayacaq insanlarda ən həssas nöqtə insanların pəhriz keçmişləri və formaya girməyə necə qərar vermələridir. Keçmişdə əldə olunan ən yüsək və ən aşağı çəki dəyərləndirmələri, çəkilən əziyyət və gözləntilərin nə istiqamətdə olduğu məsələsində ip ucları verir. Keçmişdə ip ucları ilə birlikdə şəxsə xüsusi pəhriz proqramlarının necə təyin olunduğu nə istiqamətdə olduqları məsələsində ip ucları verir.

Hər kəsə uyğun bir pəhriz yoxdur
Hər kəsə uyğun bir pəhriz proqramı ya da planı yoxdur. Hər fərd fərqlidir və insanın hansı qidaları sevib-sevmədiyi, günlərini necə keçirdiyini, yemək bişirməyi sevib-sevmədiyini, nə vaxt və hansı sıxlıqla məşq etdiyi kimi faktorlardır. Doğru bir cədvəl üçün, əvvəl bu kimi detallar dəyərləndirilərsə, hazırlanacaq cədvəl, insana ən uyğunu olacaq.

Sıx bir proqrama başlamaq, imtina etmə hərəkətini artırır.
Detallara hakim olduqdan sonra pəhrizdə başlayacaq insanın nə istədiyi və hədəfi önə çıxan digər detaldır. Bəzi insanlar daha sıx bir yanaşma ilə eyni anda pəhrizə başlama, siqareti atmağa və məşqlərə başlamağı tərcih edib böyük bir səy göstərə bilər. Bu kimi sıx yanaşmalara yaxşı baxanlar motivasiya olaraq hər şeyə sil başdan başlama fikrini diqqətə alar və "bu gün həyatımın geri qalanının ilk günüdür" kimi fikirləşirlər.

Öz seçimlərinizi dəyərləndirin.
Sizə uyğun üsulu aydınlaşdırmaq sağlam bir pəriz və yaşam tərzi planı etməyinizə köməklik göstərir. Sizi eyni nöqtəyə aparacaq bir çox fərqli yol ola bilər. Bunlardan bəziləri qısa və birbaşadır, bəziləri isə bir az daha dolambaclıdır. Bu vəziyyət, bunların birinin digərindən daha yaxşı olduğu mənasına gəlmir. Burada önə çıxan detal həqiqi olaraq nələr edə biləcəyini bimənizdir.

Unutmayın ki, ən yaxşı pəriz başqasının tövsiyə etdiyi deyil, ən yaxşı pəhriz sizi hədəfinizə çatdıran pəhrizdir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri