Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 6 033
Səs ver:
(səs: 2)
1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil.

Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.

2. Mətbəxinizdəki şkafları "təmizləyin" – kolbasa, tort, cips kimi qidaları və "rəngli" suları evdən və özünüzdən birdəfəlik uzaqlaşdırın. Yaxşı yadımdadır, sovet dövründə "Krokodil" xoşbəxt moskvalını bir əlində iri "Kiyev" tortu, o biri əlində isə şokoladlı konfetlər, "kopçennı" kolbasa, fanta, kola şüşələri ilə dolu bağlama olan gonbul kişi kimi təsvir etmişdi. Yoldan keçənlər onu əhatə etmişdi. Gonbulun ağzından bu sözlər tökülürdü: "Tələsməyin, orda daha yoxdur". Karikaturanın altında isə yazılırdı: "Yaxşı ki, yoxdur. Yoxsa, biz də sənin gününə düşərdik".
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda

3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək edir.

4. Arıqlamağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də spirtli içkilərdən uzaq olmaqdır. Deyə bilərsiniz ki, təmiz içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə edə bilərəm ki, az-az içəndə xeyri də var. Amma kim zəmanət verə bilər ki, sizin içdiyiniz araq bütün ekoloji normalara və müasir texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə üzüm şirəsindən hazırlanıb? Yaxşı tutaq ki, siz yalnız təmiz araq içirsiniz, çaxır isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli içki içəndə, normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli içkinin qara ciyərə və böyrəklərə yükündən danışmıram…
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri