Qoz piylənmənin qarşısını almağa kömək edir

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 3 649
Səs ver:
(səs: 0)
Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar.
Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.
Qadınla.Com bildirir ki, qozun başlıca sirri onun iştahanı tənzimləmək bacarığındadır. Gündə cəmi bir neçə qram qoz yeyən insan yemək barədə az düşünür. Qoz baş-beyinə doyma barədə siqnal göndərir. Amerika alimlərinin gəldiyi qənaət könüllülərin iştirakı ilə keçirilən çoxsaylı eksperimentlərin nəticələrinə əsaslanıb. Tədqiqat zamanı könüllülər üzərində MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi aparılıb. MRT-nin nəticələri doyma impulslarının beyinə daxil olduğunu təsdiq edib. Məhz qoz yeyilən zaman beyin daha çox belə siqnal alıb. Eksperimentin birinci həftəsində könüllülərə qoz əlavə edilmiş, ikinci həftəsində qoz əlavə edilməmiş kokteyllər verilib. Məlum olub ki, onlar birinci həftə ilə müqayisədə ikinci həftə daha güclü aclıq hissi keçiriblər.
Alimlər qozun faydasını çoxdan öyrənirlər. Onlar müəyyən ediblər ki, qoz ovqatı yaxşılaşdırır, insultun və hətta onkologiyanın qarşısını alır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri