Göbək yağlarını əridən qidalar - SİYAHI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 927
Səs ver:
(səs: 0)
Göbək yağlanmasından bir çox insan əziyyət çəkir. İstər qadın, istər kişilərdə bu, həm sağlamlığa, həm də estetik görünüşə ciddi xələl gətirən haldır. Mütəxəssislər bildirir ki, göbək hissəsinin yağlanması qidalardan asılıdır. Lakin elə qidalar da var ki, göbək yağlarını əridir, piylənməyə imkan vermir.

1. Paxlalılar göbək yağlarının əsas düşmənidir. Tərkibində yağ dərəcələri çox aşağıdır. Zülal, lif və kaliumla zəngin olduqları üçün gec acdırır və həzmi asanlaşdırır.

2. Normal insanın gündəlik kalori ehtiyacı 2000-dir. Bəzən daha çox kalori ala bilərsiniz. Bunlardan xilas olmaq üçünsə bibəriyə və yaşıl çay ideal üsuldur. Gündə 2 stəkan bibəriyə çayı 100 kalori yandırır, yaşıl çay 150 kalori.

3. Yumurtanın ağı zülal baxımından zəngindir və mədəni tox saxlayaraq, aclıq hissini gecikdirir. Eyni zamanda yaxşı sidikqovucudur.

4. Zeytun yağının tərkibindəki Omega yağ turşuları kalori yandırmağa kömək olur. Salatlara gündə bir yemək qaşığı zeytun yağı əlavə edərək, çəki azaltmağı asanlaşdıra bilərsiniz.

5. Şirniyyat istəyi gəldikdə şokoladdan əvvəl müraciət edəcəyiniz qida üzüm olmalıdır. Çünki ən sağlam həll yoludur.

6. Göbək yağlarını əritməyin ən sadə yollarından biri də limon suyudur. Bir stəkan suya yarım limonun suyunu sıxıb içmək arıqlamağınıza kömək edər.

Mədə problemi olanlar limon istifadəsinə diqqət etməlidir.Bunlarla yanaşı, idmanla da yağların yandırılmasını 30 faizə qədər artırır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri