Zəifləmək istəyən hər kəsin öyrənməsi lazım olan diyet hiylələri

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 579
Səs ver:
(səs: 0)
Diyetə başladığınızda təsirini daha çox görə bilməniz üçün bəzi üsullar var. Təsirli və sürətli zəifləmək üçün bu üsulları sınaya bilərsiniz.
Zəifləmək istəyənlər diyetə başladığında sürətli nəticələr əldə etmək istər. Həm sürətli kilo vermənizi təmin edəcək həm də daha rahat bir diyet dövrü keçirmənizə köməkçi ola biləcək bu üsulları sınayın. Məşhur diyet hiylələrini sizin üçün araşdırdıq.

-Yeməkdən Əvvəl Su için
Yeməkdən 15 -20 dəqiqə əvvəl bir stəkan ilıq su içmək yemək yemə istəyinizi azalda bilər. Mədənizin bir qisimini dolduracağı üçün daha az kalori almış olarsınız.

-Aromaterapiya
Qoxu duyğusu yemək yemə ilə əlaqəlidir. Diyet edərkən nanə, alma və vanil kimi qoxuları ətrafınızda saxlamağı unutmayın.

-Yemək Əvvəli Diş Fırçalayın
Ağızınızda yaranan fermentlərdən xilas ola bilmənin ən təsirli yolu diş fırçalamaqdır. Yemək əvvəli dişlərinizi fırçaladığınızda daha az yemə istəyiniz olar.

-Ayaq üstündə Yemək Yeyin
Diyetoloqlara görə ayaq üstündə yemək yeyildiyində daha çox kalori yandırılar. Sürətlənən qan dövranı ilə daha az yemək istəyəcəksiniz.

-Çəngəl və Bıçaqı Səhv Əlinizdə tutun
Vərdiş etmədiyiniz əlinizlə daha az yemək yemiş olacaqsınız. Çəngəl və bıçağı hər vaxt digər əlinizlə tutduğunuzda beyniniz daha az yemək yemək istəyəcək.

-Mətbəxdə Soyuq Tonlar İstifadə edin
Yemək yemə istəyinizi artıracaq qırmızı kimi rənglər yerinə mətbəx dekorasiyanızda mavi və yaşıl kimi soyuq tonlar istifadə edin.

-Yulaf Əzməsi İşə yarayır
Diyet edənlər üçün yulaf əzməsi istehlak etmək işə yarayan bir üsuldur. Səhərlər nahar olaraq istehlak etdiyinizdə uzun saatlar tox qala bilərsiniz və ağılınız yeməkdə olmaz.

-Çox çiynəyin
Yemək yenildikdən 20 dəqiqə sonra toxluq hormonu ifraz olunmağa başlayır. Yeməklərinizi daha uzun müddətdə istehlak etdiyinizdə daha çox yemiş kimi hiss edə bilərsiniz. Mədə sağlamlığınız baxımıdanda da olduqca faydalı olacaq.

-Bitter Şokolad İstehlak edin
Diyetin ən böyük problemlərindən biri olan şirin böhranına təsirli bir həll bitter şokolad istehlak etməkdir. Acı dadı ilə sizi çox şirin istəyindən qurtara bilər.

-Akupunktur
Akupunktura görə, iştahı azaltmaq üçün ana nöqtələrdən biri üst dodaq ilə burun arasında yerləşir. İşarə barmağınızı üst dodağın bir az üzərinə qoyun və bir neçə dəqiqə boyunca yüngül təzyiqlə masaj edin.

-Doğru Pay
Yüksək kalori almaq istəyəcəyiniz bir pay varsa mütləq səhər naharı olmaldır. Günorta və axşam yeməklərinizin daha sağlam və aşağı kalorili olmasına diqqət edin.

-Kiçik Qab İstifadə edin
Toxluq yalnız mədə ilə əlaqəli deyil. Gözünüzə daha çox yemək yeyirmiş kimi gəlməsini istəyirsinizsə kiçik qabları seçin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri