Pəhriz zamanı istifadə edə biləcəyiniz az kalorili qidalar

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 747
Səs ver:
(səs: 0)
Diyet zamanı istehlak etdiyiniz hər qidanın kalori dəyəri sizi narahat edər və yedikdən sonra peşman ola bilərsiniz. Aşağıda sadalayacağımız qidalar həm aşağı kaloriləri həm də yüksək nisbətdə antioksidant və su miqdarları ilə diyet dostudurlar.

Kərəviz
Kərəvizlərin təxminən % 95i sudur. Bu super sağlam məhsul, gündəlik K vitamini ehtiyacınızın % 30unu ehtiva edər. Qoparıldığında beş gün içində faydalı xüsusiyyətlərinin çoxunu itirərkən təzə olaraq istehlak etməlisiniz.

Kahı
Kahı , A və C vitaminləri ilə fol turşusu və dəmir ilə zəngindir. Diyetinizdə tez-tez yer verin.

Xiyar
Xiyar tam bir su anbarıdır. Aşağı kalorisinin yanında yüksək nisbətdə beta karoten ehtiva edər. Bu xüsusiyyətindən daha çox faydalana bilmək üçün isə qabığını soymadan istehlak edin.

Gül kələmi
Gül kələmi C və K vitaminlərinin möcüzə bir qaynağıdır. Çiy ya da qaynadılmış olaraq istehlak etməyə çalışın. Yemək olaraq hazırlamaq istəyirsinizsə az miqdarda yağ istifadə edin.

Pomidor
Pomidorlar likopen, A, C və B2 vitaminləri, fol turşusu, lif, xrom və kalium doludur. Kalorisi çox aşağı olan bu qida kilo vermənin yanında tam bir sağlamlıq anbarıdır.

Brokoli
A, C, E və K vitaminlərindən başqa gündəlik lif ehtiyacınızın təqribən 20%ini ehtiva edər. Qaynadılmış ya da buxarda bişirildiyində kalorisi çox aşağı düşər.

Popkorn
Yağsız olaraq partlamış bir stəkan qarğıdalının kalorisi çox aşağıdır və mədənizdəki boşluğa yaxşı gələrək özünüzü tox hiss etmənizi təmin edər.

Dəniz Yosunu
Digər yeyilə bilən yosunlar kimi çox miqdarda yod ehtiva edər və kalori ehtiva etməz. Ancaq suşi olaraq istehlak etməməyə çalışın. Düyünün yüksək glisemik indeksinə sahib olduğunu unutmayın.

Göy noxud- qarox
Kalorisi çox aşağıdır. Bir stəkan göy noxud təxminən 35 kcal ehtiva edər. Lif və zülal baxımından olduqca zəngindir.

Qreyfurt
Qan şəkəri səviyyəsini tənzimləməyə köməkçi olar. C vitamini ilə zəngindir və aşağı kalori dəyərlərindən ötəri bel ətrafındakı əlavə yağları azaltmanıza köməkçi ola bilər.

Qovun
Qovun diyetin ən böyük problemi olan şirin böhranlarının önünə keçə bilər. İçərisindəki A və C vitaminləri gündəlik ehtiyacınızın əhəmiyyətli bir qisimini qarşılayar.

Çiyələk
Çiyələk, kalium və lif baxımından zəngindir və anti-inflamatuar təsirə malikdir. Çox aşağı kalorisi və ləzzətli dadı ilə diyetdə tez-tez yer verə bilərsiniz.

Böyürtkən
Böyürtkən antioksidtanlar və C vitamini ilə zəngindir. Dadı ilə diyetinizdəki şirin ehtiyacınızı qarşılaya bilərsiniz.

Portağal
Portağal ən ləzzətli meyvələrdən biridir. Ən yaxşı C vitamini tərkibi ilə bilinər. Xolestorolu salıcı təsirə malikdir.

Qarağat
Qarağat digər meyvələrdən daha çox antioksidant ehtiva edər. Kalorisi aşağı olduğu üçün rahatlıqla istehlak edə bilərsiniz.

Yumurta Ağı
Möhkəm bir diyet tətbiq edən kəslər üçün belə faydalıdır. Ağları bir neçə pomidorla qarışdıraraq sağlam bir omlet edə bilərsiniz. Yağda qızartmadan istehlak edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri