Diyet saxlayanlara faydalı məsləhətlər

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 398
Səs ver:
(səs: 0)
Diyetə başladığınızda əlinizdə diyet proqramı olsa belə etməməniz lazım olanlar vardır. Diyet sağlam bəslənmə və idman olaraq irəliləsə də əslində həyat tərzində edilən dəyişikliklər ilə istədiyiniz nəticəyə asan və sürətli bir şəkildə çata bilərsiniz. Səhv diyetlər sağlamlıq problemlərinə ya da əzələ itkinlərinə yol aça bilər. Zəifləmə uğruna sağlamlığınızdan olmamaq üçün diqqət yetirməniz lazım olanları sizlər üçün sıraladıq.

-Səhv Diyet Proqramı
Diyet siyahıları yaş, cinsiyyət, sağlamlıq vəziyyəti kimi faktorlara uyğun olaraq planlanmalıdır. Diyetin təməl prinsipi olan az kalori alışı tarazlaşdırılmalıdır. Öz ehtiyacınızdan çox daha az kalori qəbul etdiyinizdə ya da diyetinizdə sağlam qidalara yer vermədiyinizdə vitamin və mineral itkisi yaşaya bilərsiniz.

-Zülal Əskikliyi
Diyetdə həm tox saxlayan, həm də əzələ kütlənizi qorumağa yarayan təməl qida zülaldır. Sağlam zülal ehtiva edən qatıq və ət məhsullarına diyetinizdə yer verməniz lazımdır
.
-Davamlı Salat Yemək
Hüceyrələrin təməl quruluş daşları olan karbonhidrat, zülal va yağlardan almanız lazım olandan daha az istehlak edib yalnız salat ilə bəsləndiyinizdə gücsüzləşən bədəniniz immunitet sisteminizin zəifləməsi ilə xəstəliklərə dəvətnamə çıxaracaq.

-Şüursuz İdman
Diyet edərkən əlbəttə ki idman şərtdir. Yaş və kilonuza uyğun idmanları sınaqdan keçirməliziniz. Ağır idman etdikdə xüsusilə bədəniniz idmana alışmış deyilsə ürək sağlamlığı baxımından zərər görə bilərsiniz. İdman edərkən diqqət yetirməniz lazım olan ən əhəmiyyətli nöqtə sabitlik olmalıdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 398
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri