Qarındakı qatlardan qurtulmaq üçün QATIQ-QARABAŞAQ QARIŞIĞI

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 9 109
Səs ver:
(səs: 1)
İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar, viruslar, infeksiyalar və zərərli maddələr yığılır.
Həmçinin, düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.
Qadınla.com saytı sağlamlıqla bağlı növbəti yazıda orqanizmin təmizlənməsinin ən sadə üsulunu təqdim edir.
Bu üsulla orqanizmin təmizlənməsi prosedurunu həyata keçirmək üçün qatıq, yaxud kefir və qarabaşaq unundan istifadə olunur. 1 stəkan qatıq üçün 1 x.q. qarabaşaq unu götürülür.
Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan qatığa, yaxud kefirə əlavə olunaraq qarışdırılır. Bu qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır. Səhərlər acqarnına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir.

Qatıq və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir?
1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir
2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır
3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır
4. Qanda şəkərin miqdarı normallaşır
5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir
6. Piylənməyə qarşı mübarizə aparır
7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir

Bu vasitə sağlam arıqlamaq, artıq çəkidən, qarındakı piy qatlarından qurtulmaq istəyənlər üçün unikal bir vasitədir.
Göründüyü kimi qatıq və qarabaşaq ununun qarışığını hazırlamaq və tətbiq etmək çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən baçlıcası isə onun heç bir əks göstəricisi yoxdur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 9 109
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri