Arıqlamaq üçün gecəsini-gündüzünə qatanlar…

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 4 240
Səs ver:
(səs: 0)
Sizdə də bunlar baş verirsə artıq çəki bir çoxları üçün problemə çevrilir. Arıqlamaq üçün isə gecəsini-gündzünə qatanlar var. Artıq çəkidən bir an öncə qurtulmaq üçün bəziləri trinajordan, bəziləri müxtəlif həblərdən, bəziləri isə pəhrizlərdən istifadə edir.

Qısa müddətdə böyük nəticələr əldə etmək istəyən bir çox insan istədiyinə nail olmadıqda ümidsizlik yaradır. Amma nəzərə almaq lazımdır ki, dietoloq nəzarəti olmadan, kor-koranə pəhriz saxlamaq sağlamlıq üçün zərərlidir, hətta həyatınız üçün təhlükəlidir.

Artıq çəkidən xilas olmaq, düzgün pəhriz qaydalarını ilə bağlı insanlarda yaranan bir çox sualları hazırda Çexiyada olan Dietoloq Leyla Zülfüqarova Qadinklubu.com üçün cavablandırıb.

– Pəhriz orqanizmə görə dəyişirmi?

– Pəhriz yox, orqanizm üçün bəslənmə proqramı individualdır. Orqanizmdə bir sıra xəsətəliklər varsa, o xəstəliklərin müalicəsində effektiv olan qidalardan istifadə olunur. Ortalama götürsək, dietologiya qidalarla müalicə elmidir. Yəni qidalardan aldığımız maddələrlə biz müəyyən mənada xəstəlikləri mülalicə edirik.

– Formada qalmaq üçün necə qidalanmaq lazımdır?

– Təbii ki, meyvə-tərəvəzlərdən, salatlarından, mayelərdən, qatıqdan istifadə məsləhətdir. Xəmir xörəklərindən və şirniyyatlardan uzaq durmaq lazımdır.

– Arıqlamaq üçün dərmanlar ziyandırmı?

– Ümumiyyətlə arıqlamaq üçün hər bir vasitə – dərman, kokteyl, sular, çaylar və sair – yalnışdır. Bunların heç biri ciddi mənada effektli deyil. Sadəcə biznes maraqları var. Arıqlamanı dietologiya nəzəriyyəsinə əsasən düzgün həyata keçirmək lazımdır. Qidaların sağlam təsiri nəticəsində arıqlamaq daha məqsədəuyğundur. Əgər, kökəlmənin səbəbi qidalanmadan aldığımız səhv bəslənmə tərzidirsə, demək ki, düzgün qidalanmaqla da arıqlamaq ön planda olmalıdır. Digər möcüzəvi vasitələr axtarıb, həblər və başqa vasitələrə üz tutulmamalıdır.

– Daha çox az yeməkmi, yoxsa tez-tez və az-az yeməkmi?

– Daha az yemək düzgün deyil. Daha çox az porslarla tez-tez yemək düzgündür. Bu da deyildiyi kimi, gündə 3 dəfə əsas, 3 dəfə ara qidalanma şəklində olmalıdır.

– İdman zalına yollana bilməyənlər ev şəraitində nə etməlidir?

– İdman arıqlama proqramları içərisində ciddi mənada yer tutmamalıdır. Amma bədən tərbiyəsi hər yaşa vacibdir. Nə məcburiyyət var ki, arıqlamaq üçün idman zalına gedilsin? Onun yerinə, açıq havada yürüş etmək, rəqslə məşğul olmaq, velosiped sürmək olar. Bunlar həm pulsuz, həm də effektlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri