Pəhriz qaydaları

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 1750
Paylaş:
Səs ver:
(səs: 1)
Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Təəssüf ki, tövsiyə olunanların böyük bir qismi heç bir əsası olmayan yanlış məlumatlardır.

Qadinla.com pəhriz zamanı nəyin doğru və nəyin yanlış olduğu barədə bəzi diyetoloq məsləhətlərini arıqlamaq istəyənlərin nəzərinə çatdırır.

Sağlam qidalanmanın əsas şərti olan su orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Su həmçinin natrium, ftor, kalium və kalsium kimi minerallarla zəngindir. Ən faydalı içki olan su həm də kalorisizdir, ona görə də gün ərzində kifayət qədər su içilməsi məsləhətdir.

Vitamin və mineralların əsas mənbəyi meyvələrdir. Lakin artıq miqdarda qəbul edilən meyvə ilə alınan fruktoza orqanizmdə yağa çevrilir və müəyyən bölgələrdə piylənməyə səbəb olur.

Sağlam və nizamlı qidalanma yeməyin vaxtında yeyilməsi ilə başlamalıdır. Artıq çəki ilə mübarizədə yemək saatını ötürmək düzgün sayılmır.

Çox gec yatmaq, həmçinin axşamlar uzun müddət ac qalmaq da yeni günə pis başlamağa səbəb olur, nəticədə metabolizm zəifləyir. Axırıncı qidalanma yatmazdan ən azı 3-4 saat əvvəl olmalı, yəni gecə saat 12-də yatanlar ən geci saat 9-10 arası az miqdarda yemək yeməlidir.

Məşq zamanı ac olmaq daha artıq kalori itirmək anlamına gəlmir, əksinə, daha az kalori xərcləməyə səbəb olur. Lakin qida qəbul edəndən sonra da idman etmək düzgün deyil. Yeməkdən ən azı 1,5-2 saat sonra məşq etmək məsləhətdir.

Mineral su həzmə kömək edən və onu asanlaşdıran içkidir, yağ itkisinə səbəb olur. Lakin həddindən çox içiləndə iştahanı artıra bilər.

Orqanizmin hər gün az miqdarda yağa ehtiyacı var. Pəhriz saxlayarkən nəzərə almaq lazımdır ki, A, E və K vitaminləri yalnız yağda həzm olaraq orqanizmə sorulur. Həmçinin yağların əsas tərkib hissəsi olan və hamının zərərli hesab etdiyi xolesterol da orqanizm üçün çox vacibdir. Kişi və qadın cinsi hormonları, D vitamini məhz xolesteroldan əmələ gəlir. Bundan başqa yağlar gec həzm edildiyi üçün toxluq hissi verir.

Az miqdarda alma sirkəsi, limon suyu və qreypfrut şirəsi faydalı olsa da, sirkənin artıq miqdarda içilməsi mədə turşuluğunu artıra, qida borusunu zədələyə, ciddi sağlamlıq problemləri yarada bilər. Limon və ya qreypfrut suyu da eyni qaydada mədə xəstəliklərini kəskinləşdirə bilər.

Bəzi qidaların üzərindəki "light" və "pəhriz" emblemləri onların gün ərzində istənilən qədər yeyilməsi kimi başa düşülməməlidir. Sadəcə olaraq həmin qidalarla yağ və ya şəkərin miqdarı bir qədər azaldılıb.

Az qida qəbulu və ac qalmaq kökəlməklə nəticələnə bilər, çünki orqanizm zəif qidalanmanı qıtlıq kimi qiymətləndirir. Uzun müddət ac qaldıqdan sonra yeyilən qidaları müdafiə mexanizmi olaraq yağ şəklində toplamağa çalışır ki, təkrar aclıq olsa ondan enerji məqsədilə istifadə etsin.

Qara çörəkdən imtina etməklə arıqlayanda itirilən çəkinin yağla deyil, su ilə əlaqədar olduğundan şübhələnmək olar, çünki qara çörək kimi taxıl məmulatları tərkibində olan hidroksid molekulunun hesabına suyu orqanizmdə saxlaya bilir.

Çörəyi qızardanda sadəcə olaraq tərkibindəki suyun bir hissəsi buxarlanır. Su kalorisiz olduğundan çörəyi qızartmağın çəki atmaq cəhətdən faydası yoxdur.

Çəki itkisi sürəti orta hesabla həftədə 0,5-1 kiloqram olmalıdır. Bir həftə ərzində daha artıq arıqlamaq qeyri-sağlam çəki itkisi sayılır və bir çox xəstəliklərə səbəb ola bilər

loading...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1750
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Saglam ariqlamaq ucun her seyden yeyerek ariqlamaqdir.

Acqalaraq pehriz etmek olmaz
24 dekabr 2017 19:48
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri