Arıqlamaq üçün psixoloji məsləhətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2311
Paylaş:
Səs ver:
(səs: 0)
Arıqlamaq öncəliklə insanın beynində başlayar. Özünüzü arıqlamağa hazırlamaq üçün bir neçə psixoloji məsləhət verəcəyik.

Əgər siz də çəki vermək və incəliyinizi qorumaq istəyirsinizsə, buna mane olan psixologiyanızı dəyişdirməlisiniz. Necəmi?

Doyduğunuz an yeməyi kənara qoyun

Bəslənmə davranışlarınız haqqında qərar vermək və yalnış olanları dəyişdirmək, əlsində yalnız sizə qalmışdır. Bu haqda mütləq şüurlu davranmağa çalışın. Bunu ağlınızdan çıxarmayın, doyduqdan sonra yediyiniz hər tikə bədəninizə çəki olaraq yerləşər. Doyduğunuzda çəngəli əlinizdən kənara qoymağı alışqanlıq halına gətirin. Boşqabınıza yeməyinizi kiçik porsiyalar halına gətirin. Zamanla aldığınız kiçik porsiyalarla doymağa başlayacaq və ikinci bir porsiyanı almağa ehtiyac görməyəcəksiniz.

Üzüntüdən yemək yeməyi dayandırın

Xüsusilə qadınlar qayğı, stress və üzüntü qarşısında özünü yeməklə ovutmağa çalışar. Əslində bilirik ki, bu sonu pis olan alışqanlıqdır. Çünki onsuz da var olan sıxıntımızın üzərinə bir də artıq çəki sıxıntısı gəlmiş olur. Əslində belə hallarda özünüzə əngəl olmağın bir yolu var. Sizə tövsiyəm soyuducu və ya şokolada yönəlmək yerinə, çölə çıxıb təmiz hava almaq ən gözəli. Xəyal qırıqlığı və əsəbinizi, yürüyüş və yaxud qaçaraq ata bilərsiniz. Düşünün tez-tez əsəbləşən birisiniz və hər əsəbləşdiyinizdə yürüyüş edib yaxud qaçırsınız. Bu neqativdən müsbəti əldə etməkdir. Yaxud da rəfiqənizlə görüşə bilərsiniz və sıxıntınızı onunla bölə bilərsiniz. Bunlar sizə yemək yeməyin sizə verdiyi günahkarlıq duyğusundan daha yaxşı təsir edəcəkdir.

Özünüzü qiymətləndirin, ancaq doğru şəkildə

Çətin bir işi bacardınız ya da çox yoruldunuz. Özünüzü belə hallarda yemək yeyərək qiymətləndirirsinizsə, niyə görə əvvəlki çəkinizi bu qədər qısa müddətdə geri aldığınıza təəccüblənməməlisiniz. Əslində bunu edərək özünüzü cəzalandırırsınız. Daha fərqli və faydalı qiymətləndirmə metodlarını sınaya bilərsiniz. Məsələn, yorğunluq qarşısında yaxşı bir vanna qəbul edərək, özünüzə müxtəlif gözəllik maskaları edərək. Bu sizə gözəllik olaraq geri qayıdacaqdır.

Təlaşa qapılmayın, sakit olun

İşlərin çoxluğundan yemək yeməyə vaxt tapmamısınızsa, kalorisi yüksək atışdırmalar etmək yerinə kalorisi az olan qidalar yeməyə çalışın. Belə hallar üçün hər zaman yanınızda meyvə suyu olmalıdır. Yeməklərinizi, normal nahar vaxtlarında kiçik porsiyalar halında və yavaş yeyin. Beləliklə, beyniniz yemək yediyinizi, siz çox kalori almadan öncə anlamış olacaqdır. Xüsusilə stressli zamanlarda yüngül yeməklərlə qidalanmağa diqqət edin ki, bədəniniz həzmi çətin qidalarla bir az daha yormayın.

Şirniyyatdan imtina edə bilmirsinizsə:

Bu hamının qəbul etməyi lazım olan acı bir gerçəkdir. Üstəlik şirniyyat yeməyi sevən birinin bu möhtəşəm ləzzətdən imtina etməyi çətindir. Buna baxmayaraq hər şirniyyat sevən kök olur deyə bir qayda yoxdur. Gün ərzində yediyiniz şirniyyatların miqdarını yazacağınız bir günlük tutun. Eyni zamanda şirniyyat yemə saatlarınızı hər gün bəlli bir saatda konkretləşdirməyə çalışın. Bunun üçün ən uyğun zaman günorta saatlarından sonradır. Çünki bu zaman yediyiniz şirniyyatlar, səhər qəbul edilən şirniyyatlar qədər şirniyyat istəyini qamçılamaz.

Pozulan qaydalar dünyanın sonu deyil

Ən sevdiyiniz yaxınınızı ad günü və ya toyu, özəl günlərdə qarşınıza çıxan qidalar və içkilərdən nə qədər qaça bilərsinizki? Əhvalınızı buna görə pozmağa ehtiyac yoxdur. Üstəlik ara-sıra bunun olması dünyanın sonu deyil, ancaq ertəsi gün dünən onsuz da diyeti pozdum deyib pozmağa davam etmək yerinə, eyni qərarlılıqla diyetinizə davam etməlisiniz.

Səbinə Ələkbərova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2311
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Selena
O men yasima gore cox arigam.Hec vaxtda bir pehriz veya idmanla mesgul olmamisam.Eslinde ne yesemde bu umumi cekime tesir etmir.
20 mart 2018 15:53
4
Bu dünya yaxşı olanların deyil,yaxşı rol oynayanların dünyasıdır.
Offline
vipbetul
ariqlamaq ucun en axsisi idmanla mesqul olmaqdir
16 mart 2018 22:33
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Xeber ucun sagol.mende ariqlamag isdeyirem ehtiyacim var cunki.yoxsa kokelecem birazda
14 mart 2018 00:39
2
canan qizim sirin seker qizim.
Offline
BARBI
Eger bir defe pehriz etdimse hec zaman qaydani pozmaram
13 mart 2018 21:57
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri