Qarğıdalı saçağı ilə arıqlayın!

Müəllif: Fialka
Şərhlər: 13
Baxılıb: 7 239
Səs ver:
(səs: 5)
Qarğıdalı saçağının tərkibindəki kalium və kalsium bədəni gücləndirir. Eyni zamanda arıqlamağa kömək edir.

Saçağı ən az qarğıdalının özü qədər faydalıdır. Sidik yollarını təmizləyir, sidik qovucudur. Sidik kisəsində yığılan daşların tökülməsinə səbəb olur. Uşaqlarda və yaşlılarda müşahidə olunan gecələri yatağı islatma hallarının aradan qalxmasına kömək edir. Böyrəklərin iltihabı, revmatizm zamanı istifadə edilir. Artıq yağları əridir. Şişkinliyi azaldır. Əsəbləri sakitləşdirir.

Bəs, qarğıdalı saçağının bu faydalarından necə yararlanmaq olar?
1 çay qaşığı xırda doğranmış qarğıdalı saçağını  1 stəkan qaynanmış suda 4-5 dəqiqə dəmlədikdən sonra süzün. Yeməkdən öncə gündə 2-3 dəfə için. Əgər qarğıdalı saçağı ilə gilas sapını birlikdə dəmləsəniz, yağları əridib arıqladan daha təsirli çay əldə etmiş olacaqsınız.
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 7 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri