“Artıq tükənmişəm, işləyə bilmirəm”, - deyənlər MÜTLƏQ OXUSUN

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 506
Paylaş:
Səs ver:
(səs: 1)
Hazırda yaşadığımız dövrdə insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir. Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı psixoloji narahatlıqlarada yol açır.Hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri “Artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm…”,
– kimi şikayətlər edirlər. Xüsusən də yay mövsümündə. Həmçinin onlarda səbəbsiz yerə əsəbilik,duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.Hətta mediada da məşhur aktrisaların, modellərin öz işlərindən, belə deyək, təngə gələrək ayrılmaları barədə xəbərlər vaxtaşırı olaraq yer alır. Mütəxəssislər isə bütün bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.Ümumdünya Sağlamlıq Təşkilatı isə hazırladığı hesabatda tükənmişlik sindromunu çox işləməklə bağlıortaya çıxan həddindən artıq duyğusal yorğunluq və bunun nəticəsində iş və öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirib.Tükənmişlik sindromunu depressiya ilə qarışdırmayınBəs depressiya ilə tükənmişlik sindromunun fərqi varmı? Bu, bir xəstəlikdirmi? Ümumiyyətlətükənmişlik adlandırılan bu sindromdan yaxa qurtarmaq mümkündürmü?
Qadınla.Com mövzu ilə bağlı psixoloq Orxan Orucun fikirlərini öyrənib. Psixoloq deyib ki, tükənmişlik sindromu, başqa sözlə “burn out” və ya yanma sindromu 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır: “Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür”.

İşdə ədalətsizlik “burn out”
-uqaçılmaz edirPsixoloq bildirdi ki, tükənmişliksindromunun əsas yaranma səbəbi dəyişiklik olmayan eyni mühitdə uzun müddət işləməkdir: “Yəni vəzifə artımı, əmək haqqı artımı olmadan işləmək, gözləntiləri ilə reallıqların üst-üstə düşməməsi, məzuniyyətsiz və istirahətsiz işləmək, rəhbər şəxs tərəfindən düzgün qiymətləndirirlməmək və ya motivasiya edilməmək, komanda ruhunun zəifliyi, iş yükünün düzgün bölünməməsi,ədalətsizlik, aşırı məsuliyyət və bənzər səbəblər “burn out”-u qaçılmaz edir”.İş yerinin dəyişdirilməsi də sindromu aradan qaldırmır…Sindromun insan psixologiyasına, orqanizminə fəsadları ilə bağlı məlumat verən O.Oruc söylədi ki, əksər vaxt tükənmişlik sindromunun olması hər hansı fizioloji problemlərlə bağlı həkimə müraciət zamanı aşkarlanır: “Davamlı baş ağrıları, mədə-bağırsaq problemləri, əzələ və sinir ağrıları, iştahın pozulması kimi əlamətlər tükənmişlik sindromunun göstəricisi ola bilər. Bu kimi ağrıları özü müalicə etməyə çalışan şəxslər daha sonra tükənmişlik sindromunun qarşısının alınması prosesinin bir qədər ləngiməsinə səbəb olurlar. Davamlı olaraq bu sindromla yaşamaq iş keyfiyyətinin tamamilə aşağı düşməsinə və əvvəllər zövq alabildiyi işdən heç bir zövq ala bilməməyə səbəb olur.

Bəzən işyerinin dəyişdirilməsi belə, sindromun əlamətlərinin aradan qalxmasına kömək etmir.
Bu, xüsusilə, mütəxəssis yardımı almadan uzun müddət bu vəziyyətin davam etdiyi hallarda baş verir”.İşdən sonratelefonubir kənara qoyun
Orxan Oruc deyir ki, “Burn out” xəstəliklərin beynəlxalq təsnifatında xəstəlik kimi qeydə alınmayıb. Yəni rəsmi olaraq bu, xəstəlik deyil. Ancaq yenə də tükənmişlik sindromuna ciddi yanaşılmalı, mümkün olan bütün profilaktiktədbirlər həyata keçirilməlidir:“Bəzən “burn out”un depressiyaya bənzər əlamətlərini gizlətmək üçün daha çox iş görməklə, daha çox məsuliyyətin altına girməklə başlarını qatmağa çalışırlar. Lakin bu, təbii olaraq tükənmişlik sindromunaməruz qalma prosesini və onunağır nəticələrinin yaşanılmasını daha da sürətləndirir”.Mütəxəssis məsləhət verdi ki, tükənmişlik sindromunun daha öncə sadaladığımız əlamətlərini hiss etdikdə iş yükünü azaltmalı, işdən sonra işlə bağlı düşünməməli, e-mail və telefonlar bir kənara qoyulmalıdır: “Əlamətlər davamlı olarsa, mütləq psixoloji xidmət göstərən mütəxəssisə müraciət etmək lazımdır. Ümumiyyətlə, rəhbər şəxslər də, işçilərinin psixi vəziyyətinin iş keyfiyyətinə təsirini və korporativ hədəflərə çatılmasında vacib olduğunu nəzərə alıb, iş mühitində komanda ruhunun formalaşmasına, ədalət və şəffaflıq prinsipinin qorunmasına əməl etməli, adi təşəkkürü işçilərdən əsirgəməməli, tez-tez korporativ işdən kənar tədbirlər həyata keçirməlidir. Bunları etməklə işçilərin psixi sağlamlığı qorunur ki, bu da şirkət və ya qurumun iş fəaliyyətinin daha da uğurlu olmasına stimul verir”.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 506
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
G.♡
Mende bekarciliqdan issizlikden bos bos oturmaqdan bezmisem.
Is yaxsidi
2 iyun 2018 10:20
4
Offline
vipbetul
isden insanlardan her seyden yorulduqda olduqun muhutden bir muddetlik uzaqlasib isdirahet etmek daha gozeldir
1 iyun 2018 19:00
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dilaycan
Bekarcılıqdan tukənmişəm ,işləməkdən yox))
1 iyun 2018 10:18
2
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
BARBI
Men bir defe bele olmusam.Heyatimnan bezmisdim.Heyat her seye ragmen yasamaga deyer
31 may 2018 19:42
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri