Ev heyvanları psixi pozulmaların qarşısını alır - MARAQLI ARAŞDIRMA

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 228
Səs ver:
(səs: 0)
Şəhər həyatında ev heyvanı saxlamamaq insan psixikasında özünü göstərə bilər.
Qadınla.Com-a istinadən xəbər verir ki, ABŞ-ın Boulder şəhərində yerləşən Ulmsk və Kolorado universitetlərindən olan tədqiqatçılar bu barədə məlumat yayıblar.Eksperiment üçün yaşı 20-40 arasında olan 40 almaniyalı seçilib. İştirakçıların yarısını fermada, heyvanların əhatəsində böyüyənlər, digər hissəsini isə daim şəhərdə yaşayıb və heyvanlarla az təmasda olanlar təşkil edib.Təcrübə iştirakçılarına müəyyən vaxt çərçivəsində sadə riyazi məsələləri həll etmək təklif olunub. Onların immunitetinin reaksiyasının öyrənilməsi məqsədilə testdən 5 dəqiqə əvvəl, həmçinin 15, 60, 90 və 120 dəqiqə sonra kişilərdən qan və ağız seliyi nümunələri götürülüb.

Nəticədə ikinci qan qrupu nümayəndələrində periferik qanın mononüvə hüceyrələrinin yüksək artımı müşahidə edilib ki, bunlar da stress vəziyyətlərində immunitetin reaksiyasında əsas komponentlərdir.Fermada böyüyən insanların orqanizmlərinin stressə reaksiyası daha sakit olub.Tədqiqatçıların fikrincə, ev heyvanlarından sahiblərinə ötürülən mikroorqanizmlər insanları stressə daha çox uyğunlaşdırır. Bakteriyaların təsiri altında immun sistemi iltihabəleyhinə proseslərdə balansa yiyələnir və allergiyanın, autoimmun xəstəliklərinin, həmçinin psixi pozulmaların yaranma riskininqarşısını alır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri