Xoşbəxt olmağın asan 5 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 571
Səs ver:
(səs: 0)
Zahirən baxdıqda xoşbəxt görünürsünüz, amma əslində kefiniz yoxdur və bunun səbəbini heç özünüz də bilmirsiniz? Amma təbii ki, bu durumdan yaxa qurtarmaq mümkündür. Bu yazını sona qədər oxumaqla xoşbəxtliyin formulu ilə tanış ola bilərsiniz. Beləliklə, Qadinla.com xarici KİV-lərə istinadən xoşbəxt ola bilməniz üçün 5 asan yolu təqdim edir:

Özünüzdən şübhə etməyin – Nəsə edərkən “Bacarmaram” deyə özünüzə şübhə etməyin. O zaman özünüzə güvən azalar, istəyinizə nail ola bilmərsiniz.

Yanlış insanla birlikdə olduğunuzu etiraf edin – Sizə qarşı kobud hərəkətini gördüyünüz insanı özünüzdən uzaqlaşdırın. Çünki fərqinə varmadan həmin insan sizin xoşbəxtliyinizi əlinizdən ala bilər.

Keçmişə bağlı qalmayın – Həyat elə bir şeydir ki, hər kəsin başına yaxşı və pis hadisələr gələ bilər. Sizin də keçmişiniz ola bilər. Amma eşq acısı, xəyal qırıqlığı, uğursuzluqlar və keçmişdə baş verən bütün utanc hərəkətləri unudun. Yalnız həmin hadisələrin sizə nə öyrətdiyini düşünün.

Başqalarının haqqınızda nə düşündüyü və söylədiklərinə əhəmiyyət verməyin – Dünyanın ən yaxşı insanı da olsanız, arxanızca danışacaqlar. Ona görə də atacağınız addımları yalnız öz hisslərinə görə atın. Əgər nəsə sizi xoşbəxt edirsə, başqalarına görə geri çəkilməyin.

Narahat olmaqdan vaz keçin – Etdiyiniz iş ürəyinizcə olmaya bilər. Ona görə narahat olmayın. Guya, narahat olanda işiniz alınır ki?! Boşuna narahatlıq xoşbəxtliyinizi əlinizdən ala bilər və gözünüzün qarşısındakıları da görməyə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 571
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri