Eqoist insanlarla yola getməyin 9 yolu

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 349
Səs ver:
(səs: 0)
Hər kəsin ətrafında mütləq olan eqoist insanlar, üstünlüklərini qəbul etdirməyə çalışır, qəbul etmədiyinizdə də sizdən xoşları gəlmir. Əgər həyatınızda olmaq məcburiyyətində olan eqoist biri ilə qarşı-qarşıya dayanmısınızsa, o həyatınızı zəhər edə bilər.

1. Başqalarını ciddiyə almadıqlarını qəbul edin.
Eqoist bir insanla yola getmək üçün, verilə biləcək ilk tövsiyə özünüzü aldatmamağınızdır. Mən mərkəzci bir insan əsla sizin ehtiyaclarınıza öncəlik verməz. Bu sevgili ya da dost olsun, onun əsla başqalarının duyğuları maraqlı deyildir.

2. Özünüzə layiq olduğunuz dəyəri verin.
Eqoist insanlar duyğusaldırlar. Onlara maraq göstərməyiniz üçün can atırlar, amma özlərini sizə verməzlər. Duyğularınızın qırılmasını istəmirsinizsə, haqqınız olan dəyəri verin. Öz ehtiyaclarınızı qarşılayın və eqonuzun qırılmasının qarşısını alın. Eqoist bir insana aclıq duyduğu marağı vermək üçün özünüzü ehmal etmək heç də ağıllıca bir fikir deyildir. Bu sadəcə sonunda kədərlənməyinizi və qırılmağınızı təmin edər.

3. Onun səviyyəsinə enməyin.
Eqoist insanlar, xüsusilə, üzərinizə gəlib sinirlərinizi poza bilər. Buna icazə verməyin. Sizə kobud və ya hörmətsiz davranan bir insana qarşı nəzakətli olmaq çətindir, amma ona bənzəməyiniz bir şey dəyişdirməyəcək. Öz şəxsiyyətinizə diqqətinizi cəmləyərək, sizi narahat edən hərəkətlər edənlərdən uzaqlaşmalısınız, beləliklə, qarşınızdakı insanla birlikdə özünüzdən də nifrət etməyə başlamaqdan qaça bilərsiniz.

4. Dünyanın onun ətrafında dönmədiyini xatırladın.
Özündən başqa bir şeyi önəmsəməyən insan əlbətdə sizin duyğu ya da düşüncələrinizə əhəmiyyət verməyəcəkdir. Ona dünyanın ətrafında dönmədiyini xatırlatmaqda fayda var, amma bunu sözlü etməyiniz bir şeyi dəyişdirməyəcək. Bunun yerinə özünüzü geri çəkərək, hər istədiyini yerinə yetirməməklə daha təsirli olarsınız.

5. Sizin öz maraqlarınızı çəkən mövzuları gündəmə gətirin.
Baxça baxımı, siyasət, təbiət problemləri, hər nə olursa olsun onun danışmaq istədiyi deyil, öz maraq dairənizidə olanları gündəmə gətirin. Məsələn "Sevgilimin mənə nə dediyinə inanmayacaqsınız!" deyə danışmağa başlayarsa, "Yeni çıxan bu filmi izlədinizmi?" deyə cavablaya bilərsiniz. Nə qədər eqoist insannın marağını çəkməyən mövzu seçərsəniz bir o qədər daha yaxşıdır.

6. Onun üçün yaxşılıq etməkdən vazkeçin.
Eqoist insanlar davamlı yardım istəyirlər, amma sizin yardıma ehtiyacnız olduğunda maraqlanmazlar. Bu onların şəxsiyyətinin bir parçasıdır. Eqoist bir dosta dəyişməsi üçün şans vermək vacib olsa da sizi incitməsinə icazə verəcək qədər gözləməkdə mənasız olar.

7. Birlikdə keçirdiyiniz zamanı azaldın.
Birisinin eqoistlik etdiyini gördüyünüzdə, onunla keçirdiyiniz zamanı mümkün olduğunca azaltmaya çalışın. Zamanınızı eqoist biri ilə keçirməyinizdənsə, tək keçirməyinizi tövsiyə edirik.

8. Daha yaxşı dost axtarın.
Eqoist, düşüncəsiz insanların sıx duyğusal enerji əmdikləri və ağrı, bitkinlik verdiyini unutmayın. Bu cür insanlara bağlanmaqdan qaçmalısınız. Bunun yerinə sizinlə, sizin özünüzə əhəmiyyət verdiyiniz qədər maraqlanacaq yeni dostlar tapmağa çalışın.

9. Münasibətinizə son qoyun.
Münasibətiniz olan bu insan dəyişəcək və eqoistlikdən xilas olacaq kimi görünmürsə, edə biləcəyiniz tək şey aranızdakıları sonlandırıb, uzaqlaşmaq olacaqdır. Həyat sizə zərər verən və inkişafınızı əngəlləyən bir münasibəti davam etdirmək üçün çox qısadır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri