Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 022
Səs ver:
(səs: 0)
Bir çox həkimlərin apardığı müşahidəyə görə, əksər ürək problemləri təəssüf ki, vaxtında bu orqanın qayğısına qalmamaq və qorumamaq nəticəsində əmələ gəlir.
Çəkisi artıq olanlar digərlərinə nisbətən ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər. Belə ki, artıq çəki ürəyidaha intensiv işləməyə məcbur edir.

Qadınla.Com bildirir ki, ürəyin həmişə sağlam olması üçün vaxtaşırı profilaktik tədbirlərin aparılması mütləqdir.
Bunun üçün ilk növbədə qidalanmaya ciddi nəzarət etmək, pəhriz saxlamaq lazımdır.

Qida rasionu meyvə-tərəvəz, balıq, dəniz məhsulları, göyərti, qoz-fındıq, ağartı, qınlı paxlalı bitkilər, çovdar çörəyi və zeytun yağı ilə zəngin olmalıdır.

Çəkiyə nəzarət etmək və çox yeməmək də vacib şərtlərdən biridir. Ən mühüm məsələlərdən biri onurğa sütununu möhkəmləndirməkdir, çünki bütün orqanlar mərkəzi sinir sistemi ilə sıx əlaqədardır.

Ürəyin "məşq" etdirilməsi dəonu möhkəmləndirir, gərginliyə uyğunlaşmanı yaxşılaşdırır. Bunun üçün hər gün idmanla məşğul olmaq və səhər gimnastikası etmək lazımdır. Orqanizmin normal fəaliyyət göstərməsi üçün hər gün piyada gəzmək də əsas şərtlərdən biridir. Oturaq həyat tərzi nəticəsində orqanizmdə bütün mühüm proseslər, o cümlədən maddələr mübadiləsi yavaşıyır, immun sisteminin işi zəifləyir və bunun nəticəsində müxtəlif xroniki xəstəliklər-piylənmə, şəkərli diabet və insult inkişafetməyə başlayır.

Gündə azı 20 dəqiqə parkda, bağda və ya yaşıllıqlar zonasında təmiz havada piyada gəzmək ürəyin müntəzəm"məşqlərə" uyğunlaşmasına kömək edir.

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırmaq üçün sağlam gülüşə, xoş əhvali-ruhiyyəyə də ehtiyac var. İnsan güləndə sinir və ürək-damar sistemlərinin, tənəffüs yollarının fəaliyyəti və orqanizmin hormonal vəziyyəti yaxşılaşır.

Bir çox tədqiqatlar nəticəsində sübut olunub ki, gülüş orqanizmdə stresslə bağlı hormonların səviyyəsini azaldır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri