Depressiyada ikən edilməməsi lazım olanlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 098
Səs ver:
(səs: 0)
Hər bir insan həyatının müxtəlif dönəmlərində, heç olmasa 1 (bir) dəfə olsun depressiya keçirməmiş olmaz. Biz sizə depressiyada ikən bunları edin deməyəcəyik, çünki siz depressiyada ikən hər şey etməkdə azadsınız amma yazdıqlarımızı etməyərək, depressiyadan az da olsa çıxış yolu tapa bilərsiniz.

1. Qəmli mahnılara qulaq asmaq. Depressiyada olarkən insan çıxış yolu və ya təsəlli tapmaq üçün qəmli, kədərli mahnılara qulaq asır ki, bu da hətta depressiyanın yaranma səbəbidir. Xüsusilə də Sezen Aksu, Halil Sezai, Emre Aydın və Cem Adrian dinləməkdən qaçının.

2. Təkliyə qapılmaq. Anlayıram, heç kimin sizi başa düşmədiyini zənn edirsiniz, həyat maraqsızdır, insanlar sizə yad görünür amma əslində hər kəs sizə kömək etməyə çalışır, bu yöndən yanaşın, təkliyə qapılmayın. Filmin içində deyilsiniz.

3. Baxımsız olmaq. Depressiyada ikən insan kimin onun barəsində nə düşündüyü ilə maraqlanmadığı üçün bu təbii olaraq, saçlara geyimə və ümumi olaraq stilə böyük zərbə vurur. İdman ayaqqabısı ilə klassik gödəkcə, üstəlik bu geyimə də əlaqəsiz saç yığmayın. Baxımlı, yaraşıqlı və gözəl ətirli olun.

4. Yeməkdən imtina etmək. Yeməklərin dadsız olduğunu düşünəcəksiniz və bu yeməyi bişirənləri qınayıb yeməkdən imtina edəcəksiniz. Etməyin! Dadsız olan yemək deyil,sadəcə sizin ağız dadınız yerində deyil. Bunu aradan qaldırmaq üçün kilo almamağa diqqət yetirmə şərtilə şirniyyat yeyə bilərsiniz və ən əsası da çoxlu su için çünki su əhval-ruhiyəni qaldırır.

5. Çox yatmaq. Gecələr gec yatmaq az yatmağa yox çox yatmağa dəlalət edir. Tez yatıb tez durmağa çalışın. Çox yatmayın.

6. İmicdə köklü dəyişikliklər etmək. Bəzi qadınlar vəziyyəti daha da dramatikləşdirməyi sevirlər (qadınıq, ruhumuzda var) məsələn: güzgü qarşısında saç kəsmələr, geyimləri eyvandan aşağı tullamalar. Bunlar filmlərdə olur. Siz etməyin! Düşünün ki, sonra peşman olacaqsınız.


7. Dram filmlərinə baxmaq. “Onsuzda bütün gün ağlayıram, bir az da filmə baxıb ağlayım” deyə düşünürsünüz. Bəlkə başqalarının həyatına baxıb təsəlli tapasınız deyə. Yox heç də belə deyil. Siz o filmə baxıb xoşbəxt sonluq görəcəksiniz və onsuzda yerlə bir olmuş psixologiyanız darmadağın olacaq.


8. İşdən qaçmaq. Bu işi sabah edərəm indi bir az ağlayım, o işi birisi gün edərəm indi bir az boş-boş uzanım deməyin. O işlər artacaq və sizin gözünüzə dağ boyda görünəcək. İşdən qaçmayın.

9. Mənfi düşünmək. “Bütün pis şeylər mənim bəxtimə yazılıb, hər şey daha da pis olacaq, ölsəydim mənim də canım qurtarardı başqalarının da” kimi pessimist şeylər düşünməyin. Bu vəziyyətiniz bir müddətlikdir və hər şey o qədər yaxşı olacaq ki, heç bu günləri xatırlamayacaqsınız.

10. İnsanları incitmək. Depressiya sizi geri dönüşü olmayan yollara apara bilər. Heç kimin hissləri sizə maraqlı olmaya bilər, amma insanları qırmağa, incitməyə haqqınız yoxdur. İnsanları incitdikcə vicdan əzabı çəkəcəksiniz və bu depressiyanızı bir az da ağırlaşdıracaq.


Əziz oxucular, yeganə üzvümüz beyindir ki, onda baş verən xəstəliklər bütün bədənlə birbaşa əlaqədədir və psixoloji xəstəliklər digər xəstəliklərdən təhlükəlidir çünki insana hər şeyi etdirən onun psixologiyasıdır yəni ruh halı. Çalışın psxiologiyanızı qoruyasınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri