Boşandıqdan sonra depressiyadan qorunmağın 5 yolu

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 617
Səs ver:
(səs: 0)
Hansı gənc qız uşaqkən böyüyəndə kim olacaqsan sualına "GƏLİN" deyə cavab vermədi ki?!

Hər bir qız uşaq yaşlarından belə gəlin olmanın xəyalını qurar, geyinəcəyi gəlinliyi düşünər. Amma çox təəssüf ki, hər dəfə bu xəyallar reallaşmır. Arzusuna çatdığını düşünən hər bir Gəlin, bəlkə də həyatının ən səhv addımını atmış olur. Qarşısına çıxan yanlış insan onun bütün xəyallarını, hətta həyatını alt-üst etməyə bəs edir. Bəzi qadınlar güclü xarakterə malik olub yaşadıqları çətinliklərdən nəticə çıxarır,həyata yenidən sarılıb inamla addımlamağı bacarsa da, çoxu buna çətinlik çəkir və nəticədə depressiyaya düşür. Bu kimi vəziyyətdə güclü olmaqda,ayağa qalxmağımızda ətrafımızdakı insanların rolu önəmli olsa da, ən böyük rol məhz bizim öhtəmizə düşür. Həyata yenidən başlamaq, özgüvəni qazanmaq üçün bəzi qaydalara əməl etməliyik.

1.Ailə qurduqda sora yoldaşınızı qadağası ilə edə bilmədiyiniz, amma xəyalını qurduğunuz işlərə başlayın. Xəyallarınızı gerçəkləşdirməyə çalışın. Kariyeranız yarım qalmışsa, onu davam etdirməyə başlamaq həyatın bu dönəmində qadınlar üçün ən yaxşı yoldur.

2.Həyat yoldaşınızla birlikdə getdiyiniz yerlərə getməməyə çalışın. Onu sizə xatırladacaq məkanlardan mümkün qədəruzaq olun. Hətta imkanınız varsa, yaşadığınız şəhərdən bir müddətlik də olsa uzaqlaşın.

3.Geyim mağazalarını gəzmək, alış-verişetmək hər zaman xanımları xoşbəxt edər. Hələ bunu qız rəfiqələrinizlə edirsinizsə, əylənəcəyinizə əmin ola bilərsiniz.
Nə də olsa, artıq yanınızda sizi mağazada çıxmağa tələsdirən, aldığınız paltarların qiymətini problem edən bir bəy yoxdur.

4.Bu vaxta qədər ailə büdcənizi nəzərə alıb iki istədiyinizdə bir aldınızsa, artıq buna ehtiyac yoxdur. Ürəyiniz istədiyi qədər özününə pul xərcləyin. Bu sizi çox xoşbəxt edəcək. Rəfiqələrinizlə səyahətə çıxın, sərgilərə, teatr kinoya gedin, qısacası vaxtınızı əyləncəli və səmərəli keçirməyə çalışın.

5.Ətrafınızdakı insanları bir daha gözdən keçirməkdə fayda var. Sizi boşanmanızda günahkar tutan, sözləri və hər hansısa bir davranışı ilə sizə keçmişinizi xatırladan insanlardan uzaq olmağa çalışın.Bütün bu nüanslara diqqət edərsəniz, qismən də olsa dərin depressiyaya düşməkdən özünüzü qoruya bilərsiniz.

Unutmayın insanın ən yaxşı dostu da məhz elə özüdür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri