Yaradıcılıqla bağlı bilinən yalnışlar

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 995
Səs ver:
(səs: 0)
1. Yaradıcı olmaq üçün sənətlə məşğul olmaq lazımdır
Cəmiyyətdə ümumi olaraq sadəcə rəssamların, yazıçıların və ya musiqiçilərin yaradıcı ola biləcəkləri kimi səhv bir düşüncə var. Ancaq elm adamları, mühəndislər, həkimlər, müəllimlər və ya hər hansı bir peşədən hər hansı bir insan da öz ətrafında yaradıcı düşüncə gücü sayəsində fərq yarada bilər. Buna ən gözəl nümunələrdən biri, İssak Nyutonun əfsanəvi "Alma niyə yerə düşür?" sualdır.

2. Yaradıcı insanlar dahidir
Bu məlumatın səhv olduğunun ən böyük sübutu uşaqlardır. 1950-ci ildən psixoloqlar uşaqlarda yaradıcılığı ölçməyə çalışırlar. "Yaradıcı Zəka" kitabının müəlliflərindən Dr. Jacob Getzels və Dr. Philip Jackson 1962-ci il tarixli aradırmalarında IQ səviyyəsinin xüsusilə ağıllı uşaqlarda yaradıcılıq dərəcəsinin yüksək olmadığını ortaya çıxartmışdır. Yəni IQ-sü normal olan uşaqların da iləri səviyyədə yaradıcı ola biləcəklərinə və çox IQ-sü yüksək olan uşaqların hər zaman yaradıcı olmaq məcburiyyətində olmadığını bildirir.

3. Yaradıcılıq anadangəlmə bir bacarıqdır
"Evdə və Məktəbdə Yaradıcılıq" kitabının müəlifi təhsil psixoloqu Dr. Frank Williams, bəzi uşaqların çox kiçik yaşlardan etibarən fövqaladə yaradıcılığının, bunun anna, ata və müəllimlərin uşaqlara verdiyi cavablar və uşaqların zamanlarını keçirdiyi mühit tərəfindən formalaşdığını bildirmişdir.

4. Yaradıcı insanların fikirləri dağınıqdır və xəyalpərəstdirlər
Bu düşüncə, yaradıcı insanların cəmiyyətdən bir az uzaq, davamlı fikirləri dağınıq və xəyalpərəst olduğu fikrini yaradır. Amma psixoloqlar bir çox yaradıcı insanın eyni zamanda problem analizində və son dərəcə bəsit həll yolları kəşf etməkdə bacarıqlı, qaydalara diqqət edən insanlar ola bildiklərini açıqladı.

Hülya Akhan
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri