Nigah bağlamaq istəyənlərə məsləhətlər

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 696
Səs ver:
(səs: 1)
1. Nigah bağlayarkən hansı məqsədlər güddüyünüzü düşünmüsünüzmü? Sizin məqsədlərinizlə qarşı tərəfin məqsədəri üst-üstə düşürmü? Bəziləri vaxtdır, yaxın dostlarımın artıq ailələri var- deyə düşünürlər. Bəziləri bu yolla seksual problemlərini həll etməyə çalışır, çünkı cəmıyyində nigahdan kənar seksual münasibətlərə qadağa qoyulur. Bəzilərini evlənməyə valideynləri məcbur edir, çünki nəvələrinin olmasını istəyirlər. Adətən sizə nigahdan əldə edəcəyiniz qazanc təsvir ediləndə siz hansı ağır yükü üzərinizə götürdüyünüzü düşünmür, həyatınızın bir çox münasibətlərdə cətinləşəcəyini düşünmürsünüz. Birmənalı olaraq deyə bilərəm ki nigah hamı üçün deyil. Qərar qəbul edərkən öz istək və imkanlarınıza əsaslanın.

2. Əgər siz evlənərkən yalnız hisslərinizə əsaslanırsınızsa səhv edə bilərsiz. Çünki evlənərkən üç uyğunluğun olması çox vacibdir. Birinci, ən aşağı səviyyə - psixomotor uyğunluqdur. Bu psixomotor reaksiyaların uyğunluğunda özünü biruzə verir. Partnyorlar bir-birinə nə qədər yaxındırlarsa onların seksual uyğunluğu bir o qədər yüksəkdir. İkinci səviyə psixoloji uyğunluqdur, başqa sözlə, açar qıfıla düşən kimi bir-birini tamamlama prinsipinə əsasən xarakterlərin uyğunluğudur. Üçüncü ən vacib səviyyə - dəyərlərin uyğunluğudur. Əsas dəyərlər bir-birinə uyğun olmalıdır. (Uyğunluq haqqında daha ətraflı bilmək istəyirsinizsə N. N. Obozovun işlərinə baxın)

3. Gələcək həyat yoldaşınızın fərqli sosial yaxud mədəni təbəqəyə mənsub olması arzuolunmazdır. Əgər bizim aramızda böyük mədəni fərq varsa biz nə dərəcədə yaxın ola bilərik? Fərq yalnız əsas həyati dəyərlərə aid deyil, həm də məişət, asudə vaxt, qarşılıqlı münasibətlər sisteminə də aiddir. Heç bir maddi rifah doğma və adət etdiyimiz hər nə varsa onun həsrətini əvəz edə bilməz. Yalnız yaradıcı insanlar və marginallar (bir neçə mədəniyyətə mənsub insanlar) bu halda istisna təşkil edir, belə ki yaradıcılığın əsas əlamətlərindən biri adət olunmuş həyat tərzindən, sosial normalardan və stereotiplərdən kənara çıxmağı bacarmaqdır.

4. Əgər bəyin (gəlinin) ailəsi xoşunuza gəlmirsə toy etməyə tələsməyin. Seçdiyiniz şəxsi diqqətlə nəzərdən keçirin. Çünki onun ailəsində bəyənmədiyiniz sabah sizin ailədə də özünü biruzə verə bilər. Sadəcə bizə elə gəlir ki biz öz valideynlərimizə bənzəmirik ( alma almaya bənzər).

5. Öz ailənizi başqa ailənin tərkibində yaratmayın. Bununla siz münaqişə və boşanma üçün şərayət yaratmış olacaqsınız. Hər bir ailənin xalçanın müəyyən naxışı ilə müqayisə ediləsi özünəməxsus formalaşmış strukturu var. Bu struktur o qədər də dəyişkən deyil. Hər bir yeni hissə artıq mövcud struktura yamaq kimi baxılacaq. Çox az adam tapılar ki artıq formalaşmış struktura uyğunlaşsın və özünü rahat hiss etsin.

6. Nigahın birinci ili uşaq dünyaya gətirməyə tələsməyin. Beləliklə siz vəziyyəti ikiqat ağırlaşdıracaqsınız. Sizə bir-birinizə və birgə yaşamağa uyğunlaşmaq lazım olduğu halda, bir tərəfdən də uşağın olması həyatınızı çətinləşdirə bilər. Bu çox mürəkkəb psixoloji situasiyadır. Həmçinin bu iqtisadi baxımdan da çətindir.

7. Sevməyiniz və sevilən olmağınızla sakitləşməyin. Hər şey bir anda dəyişə bilər. Münasibətlər daima yeniləşməlidir. Sizin partnyora sizinlə ünsiyyətdə olmaq həqiqi və məcazi mənada “sərfəli” olmalıdır. Həmişə nə isə verdiyimiz, əvəzində heç nə almadığımız münasibətlər bizi qane etmir.

8. Əgər sevdiyiniz adamla ünsiyyətdə olarkən depressiyaya düşürsünüzsə, heç nə etməyə həvəsiniz qalmırsa, həyata marağınız itirsə, qəzəblənirsinizsə, ətrafdakılar üçün maraqsız olursunuzsa münasibətləriniz haqqında düşünməyə dəyər. Ola bilsin o, sizin adam deyil, ola bilsin sizi məhz sevdiyiniz adam bu hala salmışdır. Nə istədiyiniz haqqında özünüzdən soruşun və istəklərinizin arxasınca gedin. Hərəkətsiz yaşamayın. Bizi daha böyük edən, yaratmağa həvəsləndirən sevgi olduğu halda yalnız əzab və dağılma gətirən sevgi nəyə lazımdır.

9. Bütün insanları başqalarına nə isə vermək (kollektivçilik oriyentasiyası, altruistlər), yaxud ilk növbədə öz tələbatlarını ödəmək üçün başqalarından nəsə almaq (fərdiyyətçilik oriyentasiyası, eqoistlər) istəyinin üstünlüyündən asılı olaraq “verənlərə” və ”alanlara” olmaqla iki qrupa ayırmaq olar. Məşhur seksopatoloq S. S. Libixin tədqiqatları əsasında daha sabit nigahlar ər- arvadın əks oriyentasiyalı olduğu nigahlardır. Uyuşmanın rol nəzəriyyəsinin müəllifi S.S. Libix üç qadın (“ana”, ”qız”, ”qadın”) və üç kişi mövqeyini (“ata”,”oğul”,”kişi”) ayırır. Qadının ərinə münasibətdə“ana”, kişinin isə bu zaman “oğul”mövqedə olduğu və analoji olaraq kişinin arvadına münasibətdə “ata”, arvadın isə “qız” mövqedə olduğu nigahlar daha möhkəm hesab olunur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 696
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
evliliye hazirlasanlar oxusunlar
22 oktyabr 2018 11:27
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Aile kagiz ustunde deyil sevgi,hormet ustunde qurular
22 oktyabr 2018 09:38
2
p.s
Offline
BARBI
Size uygun olmayan insanla hec vaxt aile qurmayin omur boyu pesman olarsiz
22 oktyabr 2018 08:26
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri