Ağıllı insanların xoşbəxt olmamalarının altında yatan 6 səbəb

Şərhlər: 4
Baxılıb: 590
Səs ver:
(səs: 0)
Həyatımızda hər şey yaxşı gedərkən bir anda özümüzü yalnız, qəmgin və çarəsiz hiss edə bilərik. Ağıllı insanların günün böyük hissəsində yaşadığı bu vəziyyəti "xoşbəxt olmamaq" olaraq adlandırırıq.

Ağıllı insanların yaşadığı xoşbəxt olmama sindromunun altında yatan səbəblər bunlardır:

1) Hər şeyi həddən artıq çox analiz edirlər

Gündəlik həyatlarında ya da iş həyatlarında başlarına gələn hər situasiyada çox düşünməyə meyllidirlər. Düşünmə müddətləri bir çox insanla müqayisədə uzundur. Nəticələri onları kədərləndirsə də düşünməkdən əl çəkməzlər. Ətraf mühit problemləri ilə çox maraqlanırlar. Ətrafa laqeyd münasibət göstərmiş kimi görünsələr də, ən çox maraqlananlar onlardır.

2) Yüksək standartlara sahibdirlər

Ağıllı insanlar nə istədiklərinin fərqindədirlər və istəklərinin reallaşmasını istəyərlər. Az ilə kifayətlənməzlər. Ehtimal varsa, daha çox istəyirlər. Dostluq münasibətləri, ailə və ya iş münasibətləri olsun daha çoxunu istəməkdə çəkinməzlər. İstəkləri onları idealist düşüncələrə çəkər. Bir ideal yaradarlar və arxasınca gedərlər. Gözləntiləri həyatın reallığı qarşısında məğlubiyyətə uğradıqca onlar üçün də xəyal qırıqlığı qaçınılmaz olar.

3) Özlərinə qarşı sərtdirlər

İdeal düşüncələri və ya həyat tərzləri olsun bunları tətbiq etməyə cəhd edərkən özlərinə qarşı çox sərt olurlar. Dərin düşüncəyə sahib insanlar, uğursuzluqları qarşısında özlərini günahkar sayarlar və həssas bir şəkildə analizinə başlayarlar.

4) Daima axtarış içindədirlər

Ağıllı insanlar daima bir axtarış içindədirlər. Əl çatmaz olan məqsədlərin arxasınca qaçmaqdan zövq alarlar. Həyatdakı kiçik şeylərin olması onlar üçün yetərsizdir, kiçik şeylərin arxasınca qaçmazlar. Öyrəndikləri reallıqlar ya da sahib olduqları məlumatlar onlar üçün yetərsizdir. Daima bir öyrənmə aclığı var.

5) Ünsiyyət problemi yaşayarlar

Qarşısındakı insan tərəfindən tam olaraq başa düşülməmək insanın əhvalını korlayan bir vəziyyətdir. Ünsiyyət insanlar arasında qarşılıqlı təsir yaradır. Ağıllı insanlar çox vaxtı bu qarşılıqlı təsirdən məhrumdurlar. Öz fikirlərini bir başqası ilə paylaşdıqları zaman üzə vurmasalar da əksikliklərini hiss edərlər.

6) Bir qisminin psixoloji problemləri var

Sosial narahatlıq və ya stres kimi bəzi problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Aparılan bir çox araşdırma İQ səviyyəsinin yüksək olmasının bəzi xəstəliklərə səbəb olduğunu ortaya çıxartmışdır. Bu vəziyyətdə ağıllı insanlar yaradıcı düşüncələrini tam şəkildə qətiləşdirə və ya parlaq fikirlərini gün işığına çıxara bilmirlər.

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_Mrs_
[hide]1ci mənə ais oldu. Çox fikirləşirəm yorulur beynim. Axtarış içində olmaq isə. Kitablar falan araşdırıb oxuyuram nələrsə etməyə çalışıram[/hide0
8 avqust 2018 11:15
4
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
vipbetul
her seye hedsiz fikir verirler
8 avqust 2018 11:00
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
ne unsiyyet problemim var ne de psixoloji problemlerim var.
diger bendler mene uygun geldi. daima axtarish icinde olmaq cox musbet xasiyyetdir her kesde. bildiklerinle yetinmeyib daima nese oyrenmek isteyi, kitablar, maraqli meqaleler oxumaq vacibdir. Mende de bu var, sanki hemishe hansisa melumata bilgiye acam, daim beynim fealiyyetde olmalidi nelerse oxumali yazmaliyam.
8 avqust 2018 09:25
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Onun_Mələyi
Çoxusu deməy olarki mənim xarakterimdə varhmmm
Deyəsən bu xəbəri məndə paylaşmışdım,təkrardır deyə silinər əlbət:)
Təşəkkürlər..
8 avqust 2018 08:55
1

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri