Güclü insanlar bunları etmir!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 3 235
Səs ver:
(səs: 0)
Fiziki olaraq güclü olmaq üçün idman və qidalanma vacibdir. Bəs mənəvi olaraq güclü olmaq üçün nələri etməliyik? Hərənin öz yolu var, ancaq sizə mənəvi olaraq güclü olan insanların etmədiklərini açıqlayacam.

Özünə yazığın gəlir…

Bunu heç vaxt etməyin. Həyatdır və həyatda her şey ola bilər deyə düşünüb, olanı qəbul etmək daha yaxşıdır. Belə olduqda sizin özünüzə yazığınız gəlməyəcək. Sadəcə düşdüyünüz vəziyyətdən çıxmaq üçün yollar axtaracaqsınız. Belə olduğu təqdirdə daha xoşbəxt hiss edib, özünüzə daha çox inanacaqsınız.

Dəyişiklikləri qəbul etmirsən

Bu da zəif olduğunu göstərir. Həyatımızda olan bütün dəyişiklikləri qəbul etmək lazımdır. Hətta özümüz də tez-tez dəyişikliklər etməliyik. Məsələn, otağımızda, saç rəngində, getim tərzində… Daha şən olacağına əmin ola bilərsən!

Hər kəsi razı salmaq istəyirsən

Bu çox yanlışdır. Hər kəsin istədiyini etmək məcburiyyətində deyilsən. Ümumiyyətlə, sevmədiyin bir şey olduqda yox deməyi bacarmalısan. Hətta biri ilə mübahisə də edə bilərsən. Bunlar normaldır.

Bir səhvi bir neçə dəfə edirsən

Etdiyimiz səhvlər normaldır, ancaq mütləq bilin ki, səhvlərimizdən dərs çıxartmalıyıq. Öhdəliklərimizi anlamalı və məsuliyyətimizi bilməliyik. Əgər belə deyilsə eyni səhvləri bir neçə dəfə edəcəyik və heç bir nəticə olmadan ömrümüz boyu bu rutinə davam etmiş olacayıq.

Tək qalmaqdan qorxursan

İnsan tək xoşbəxt olmağı öyrəndikdən sonra başqası ilə xoşbəxt olmağı bacarır. Bu səbəbdən də özünüzə vaxt ayırmaq önəmlidir. Hər zaman sevdiyiniz şeyləri etmək üçün vaxtınız olsun və təklikdən qorxmayın.Tək qalın demirəm. Ancaq özünüzü kəşf edin və hər zaman özünüzü sevin!
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri