Stress Siz (və ya tələbə olmaq istəyənlərə yardım)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 225
Səs ver:
(səs: 1)
Hər bir məktəb şagirdinin arzusu birinci növbədə tələbə olmaqdır. Bu arzu sizə zirvə kimi görsənir və onu fəth etdiyiniz zaman həyatınızın ən əsas missiyasını yerinə yetirmiş olduğunuzu zənn edirsiz. Bəs sonra ? Sonra nə olur? Boşluğa düşürsüz. Sevinciniz bir ləzzətli içiki kimidir onu içib qurtarandan sonra daha artığını istəyirsiz. Mən sizə bu ləzzətli içkinin sonuz və daha da ləzzətli olmasına kömək edən amilləri deyəcəyəm:

Ən əsas amillərdən biri TQDK imtahanlarından azı bir-iki il əvvəl özünüzü həddindən artıq stress və gərginlik içində saxlayırsız. Sanki həyatınız qəbul gününə qədər uzadılıb. Bu səbəbdən də həyatın ləzzətini çıxartmaq üçün dərslərdən yayınmağa başlayırsız. Bu da sizin istədiyiniz balı toplamamağınıza gətirib çıxardır. Bu səbəbdən daha da sonrasını düşünün. Xəyal edin ki, artıq qəbul olmusuz və siz bir tələbəsiz.

İkinci yazılmasına baxmayaraq problemlərin kökündə dayanan stress mənbəyi Cəmiyyətdir. Bu cəmiyyəti nağıllarda qorxulu obrazlara çevirən şəxslərsə valideynlərimizdir. Valideynləri bacardığınız qədər öz istəyiniz ixtisas və onun faydaları, gələcək prespektivləri ilə məlumatlandırın. Həyatda insanı ən çox xoşbəxt edən amil özü kimi olmaqdır. Özünüz kimi olmaq istəyirsizsə öz sevdiyiniz peşənin sahibi olun ki, həm özünüz həyatdan zövq ala biləsiniz , həm də cəmiyyətə peşəkar kimi öz xeyriniz dəysin.

Məqsədsiz olmaq ən qorxulu səbəblərdən biridir. Təsəvvür edin ki, döyüşdəsiz və kimi vuracağınızı , yəni düşməni tanımırsız. Bu halda siz öz ordunuza və özünüzə ziyan vurmuş olarsınız. Qısacası öz ixtisasınızı seçin və ona görə hazırlaşın.Seçdiyiniz ixtisasa hazırlaşarkən TQDK-nın qruplara görə seçdiyi fənlərdən etiraz etməyin. Yenə özünüzü tələbə kimi hiss edin və bu fənlərin sizin üçün heç bir çətinliyi olmadığını anlayacaqsınız.

Özünüzü tərbiyələndirin. Necə ? Heç olmasa bir həftə evdən uzaq bir yerdə kənddə qohumunuzun evində qalıb, maldarlıqa və ya kənd təssərrüfatı ilə məşğul olun. Bax o zaman hazırlığa getməyinizdə sponsor olan valideynlərinizi və 600-700 bal toplayan tələbələrin məhz nədən bölgələrdən daha çox olduğunu anlayacaqsız. Həmin şəxslər gələcəklərini düşünüb və qarşılarına çıxan hər bir maneəni dəf edib. Çoxlarının “zülüm” deyə adlandırdığı prosedurdan sonra daha rahat həyata qovuşacaqlarını anlayıblar.

600-700 bal arası bal toplamaq sizin bilik səviyyənizin güclü olduğuna şamil olunmur. Test sistemi əzbərçilik üzərində qurulub . Tələbələrin çoxu bu səbəbdən universitetdə lövhə qarşısında çıxış edə bilmir.Balı toplayarkən belə şan şöhrət yox məhz bilik üçün toplayın.
STRESSİZ İMTAHAN
Stress mərhələsi uzun müddətli olsada əksər tələbələr qəbul imtahanına 2 ay qalmış bunu daha çox hiss edirlər. Stresdən necə qurtulmaq olar deyə suallar verilir.

Cavab isə sadədir:

Artıq son iki ayda hər şeydən bezikən tələbələr qorxmağa başlayırlar.Qorxmayın! Qəbul imtahanından öncə əsəblərinizə toxunan çoxlu sual tiplərilə sınaq imtahanlarında iştirak etmisiniz.Qəbul imtahanı hər zaman sınaqdan dəfələrlə sadə və rahat olur. Stress isə sizi əksini düşünməyə vadar edə bilər.

Stresdən qurtulmağın yolları:
Sevdiyiniz musiqilərə qulaq asın.Musiqi sizə güclü motivasiya verəcək.

Sevdiyiniz yeməkləri yeyin.Ən əsasıda son həftələrdə ananıza xüsusi olaraq öz sevdiyiniz yeməklərin siyahısını verin. Sevdiyiniz yemək hər zaman insanın kefini kökəldir.

Əgər sakitləşə bilmirsizsə dəniz kənarına sübh tezdən gedin. Bu saatlarda dənizdə çox insan olmur.Dənizin dalğaları insanı dərin sükuta və rahatlığa aparır.

Gəzintiyə çıxın. Dostlarınızla getməyi unutmayın. Dostlarla deyib gülmək hər zaman insanı sakitləşdirir. Hər zaman deyildiyi kimi dünyanı gülüş xilas edəcək.

İmtahan günü valideynlərinizin sizinlə getməsinə icazə verməyin. Çünki valideynlər imtahan binasının qarşısında gözləyərkən sizin fikriniz onların yanında olacaq və imtahanın sonuna qədər mən çıxanda onlara nə deyəcəm deyə fikirləşəcəksiniz.Çünki valideynlərin əsas sualı bu olur : “ Necə yazdın? “ Bax bu sual insanı hər zaman şübhə içində saxlayır. Şübhə isə insan hislərini alçaldır. Qəbuldan çıxan tələbə boşluqda olduğu üçün necə yazdığını tam dərk edə bilmir.

TQDK-nın imtahan binasına gedərkən özünüz hazır olun. Sənədləri gecədən hazır edin. Binaya daxil olarkən sizə şübhəli baxışlarla baxan nəzarətçilərdən çəkinməyin. Onlar sanki sizi demotivasiya etmək üçün vardırlar. Özünüzü rahat aparın.

İmtahan kitabçasını açarkən öz sevdiyiniz fəndən və ya əvvəlcədən iştirak etdiyiniz sınaq imtahanlarında bunu təcrübədən keçirib özünüz üçün bir ardıcıllığ təyin edin və buna uyğun olaraq testi yazın.

Özünüzlə bir neçə barmağınızı yormayacaq qələm və adi qazsız su aparmağı unutmayın. Beyniniz fikirləşə bilmədiyi anlarda qollarınız ovuşdurun və ya bərk şəkildə özünüzü çimdikləyin və özünüzlə gətirdiyiniz sudan bir-iki qurtum için.

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 225
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
imtahan vaxti usaq stresden uzaq olmali desteklenmelidir ailesi terefinden
6 may 2019 09:44
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
BARBI
Imtahanan evvel sizi strese salan valideynlerdi.Gerek valideyn usaga her seyin intahanan asili olmadigini heyatin davam etdiyini basa salsinn
5 may 2019 14:14
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
İmtahan kitabçasını açarkən öz sevdiyiniz fəndən və ya əvvəlcədən iştirak etdiyiniz sınaq imtahanlarında bunu təcrübədən keçirib özünüz üçün bir ardıcıllığ təyin edin və buna uyğun olaraq testi yazın.

Men de bele edirem. Evvelce menim sevimli fennimi ve mene asan olanlari yaziram. Axira cetinler qalir. Onda rahat yaziram. Heyecan imtahan kitabcasi gelene kimidir. Ondan sonra basim testlere qarisir deye hec heyacan yadima dusmur. hmmm
5 may 2019 12:25
2
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
diablo
Abuturyentlere rahat olmagi meslehet gorurem imtahanin o qederde onemli olmadigini dusunsunler yoxsa bildikleride yaddan cixacraq
5 may 2019 11:42
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri