Güvən yox olanda...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 306
Səs ver:
(səs: 0)
Dünyanın sevgi üzərində qurulduğunu yəqin ki, eşitmisiniz. Eyni sözü güvən haqqında da deyə bilərik, hətta daha çoxunu.

Şəxsi həyatımızda sevdiyimizin və dostlarımızın sözlərinə güvənirik. Cəmiyyətdə uşaqları məktəblərə əmanət edir, sürücülərin qırmızı işıqda dayanacağına inanırıq. Bəs inam yox olarsa?

Nyu-Yorkda Weill Cornell tibb fakültəsinin psixiatrı Anna Fels bir anda həyatlarının yalan olduğunu görən xəstələri haqda “The New York Times” jurnalına müsahibəsində belə deyirdi: “Onlar internetdə ailə sirləri ilə rastlaşan və ya həyat yoldaşının gizli münasibətinə aid dəlil görən insanlardır. Cinayətkardan yaxşı görünsə belə, uzun müddət daha dağıdıcı hisslərə sahib ola bilirlər; alçaldılma duyğusu, utanc, saf və kor olmaq düşüncəsi, həqiqəti əvvəldən bilən şəxslərə qarşı yadlaşma və hamısından pis olan, nifrət kimi.” Felsə görə gerçəklərin ortaya çıxmasından sonra yaşanan böhrandan ən gec çıxan aldadanlar deyil, aldananlardır. Onların əvvəlki kimi olması çox vaxt alır, bəzi insanlarda isə bu proses ümumiyyətlə baş vermir.

Yalanlarla üzləşən insanlar başqalarına qarşı da şübhəcil olur. Bu hal əslində tam başa düşüləndir, ancaq iradə, özünəinam itmiş güvəni bərpa edə bilər. Şəxs özündə “hər insan eyni deyil” düşüncəsini formalaşdırmalıdır. Əks təqdirdə ömür boyu insanlara qarşı inamsız davranacaqsınız. Sizə səmimi olan birinə göstərəcəyiniz güvənsizlik onun da sizə rəftarını dəyişə bilər. Keçmişdə olanları unutmağa və yeni həyata başlamağa qərar verin, yalanlarla üzləşən tək siz deyilsiniz. Ehtiyatlı olmaq şərti ilə insanlara güvənməyi seçin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri