İnsanlarla ünsiyyət zamanı bilməli olduğunuz 10 psixoloji tövsiyə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 404
Səs ver:
(səs: 0)
Əgər qarşınızdakı insandan sualınıza doğru cavab almaq istəyirsinizsə, bu sualı onun hazır olduğu vaxtda soruşun. Sualınızı verərkən göz kontaktının olmasına diqqət edin, bu vəziyyətdə həmin şəxs hər şeyi danışacaq.

İnsanları özünüzə inandırmaq istəyirsinizsə, danışarkən qarşınızdakı şəxs oturmalı, siz isə ayaqüstdə olarkən danışmalısınız. Bu onların sizə inanmasını tezləşdirəcək.

Söhbət zamanı insanların adını çəkərək müraciət etmək inamı və dostluğu artır, eyni zamanda onlara təsir etməyinizə də səbəb olur.

Əgər kimsə sizdən xoşlanırsa, sizinlə söhbətdə gözlərini normal haldakından daha çox qırpır.

Qarşınızdakı şəxsin gülüşünün təbii və ya saxta olduğunu bilmək istəyirsinizsə, gözlərinin kənarlarına diqqət edin. Həqiqətən gülərkən göz kənarlarında qırışlar yaranır.

İnsanların ayaqlarına diqqət edin. Həmsöhbətiniz üçün mövzunun maraqlı olub olmadığını bilmək istəyirsinizə, ayaqlarının hansı istiqamətdə olduğuna nəzər yetirin. Sizə tərəfdirsə, söhbətiniz ona da maraqlıdır, əks hallarda isə deyil.

Olduğunuz məkanda, görüşdə və ya tədbirdə insanların arasında kimlərin kimlə yaxın olduğunu öyrənmək istəyirsiniz? O zaman onlar arasında zarafat edin, gülərkən toqquşan baxışlara diqqət yetirməyiniz kifayətdir.

Mübahisələrdə üstün və qalib olmaq üçün kiçik, həm də çox vacib tövsiyəmiz var. Sakit olursunuz və fikirlərinizi təmkinli şəkildə ifadə edirsiniz.

Bədən dilində “güzgü” üsulundan istifadə etmək inamı artırır. İnsanlarla ünsiyyətdə olan zaman, onların hərəkət və mimikalarını özünüzə tətbiq etsəniz sizə qarşı daha inamlı olacaqlar.

İnsanların ağlına ilkin ideya toxumu əkmək üçün onlara bu haqda düşünməməyi deyin. Məsələn, elə sizdə yoxlayaq. FİL düşünməyin. Siz nə düşdünüz?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri