Bəzən sevdiyimiz insana niyə kobud davranırıq?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 161
Səs ver:
(səs: 2)
Psixologiyada xoşlandığın insana kobud davranma halı var, ancaq bu qədər geniş deyil. Bəzən qısamüddətli, bəzən davamlı olur. Hər birinin də bir çox səbəbi ola bilər:

Adriano Çelentanonun baş rolda çəkildiyi “İnadkarın ram edilməsi” filmində Elia, qadınlara kobud münasibət bəsləyən fermerdir. Yağışlı gecədə qalmağa yer tapmadığı üçün Lisa adlı gözəl bir qız, Elianın evində gecələməli olur. Fermerin çətin xarakteri olsa da, ona qarşı kobud davransa da, bu, ərköyün, şəhərli Lisanın çox xoşuna gəlir, Elianın inadkarlığını ram etməyə çalışır.

F. Dostoyevskinin “Alçadılmışlar və təhqir olunmuşlar” əsərində Alyoşa və Vanya, ikisi də Nataşaya aşiqdir. Nataşa (romanın sonundakı məcburiyyəti nəzərə almasaq) bu qədər üstünlükləri, fədakarlıqları və pak sevgisinə rəğmən nəzakətli Vanyanı deyil, hələ sevgisindən belə düz-əməlli əmin olmadığı, onu incidən, min-bir əzab verən, hətta aldadan tərəfi – Alyoşanı seçir. Alyoşa öz kaprizləri, laqeydlikləri ilə qıza əməllicə zülm etməkdədir, amma xeyri yoxdur, Nataşa ondan əl çəkmir.

Bu yerdə özümdən asılı olmayaraq Stokholm sindromunu xatırlayıram:

Bu termini psixologiyaya psixiatr Nils Bejerot gətirib. 1973-cü ildə İsveçin paytaxtı Stokholmda bir bank soyğunu zamanı 6 gün girov saxlanılan qadın, nə qədər qəribə olsa da onu girov götürən soyğunçuya vurulur. Sərbəst qalandan sonra isə soyğunçunu müdafiə etməyi azmış kimi, nişanlısından ayrılıb soyğunçunun həbsdən azad olmasını gözləyir.

Sindromun qısa tərifi belədir:

Öz amansız və qəddar sahibinə vurulmaq; onun sənə etdiyi bütün zülmlərini görməzdən gəlməklə yanaşı, hətta lazım gəldikdə onu müdafiə etməkdən belə çəkinməmək.

Bütün bunları həyatın bir aynası hesab edə bilərik. İnsanların əksəriyyəti, onu önəmsəməyən, sıradan biri kimi davrananlara qarşı diqqətli olur.

Təəssüflər olsun ki, yaxşı münasibətdən daha çox, pis davranışlar diqqət cəlb eləyir.

Fikir vermisizsə, kimisə maşın vuranda və ya kimsə bıçaqlananda ətrafa adamlar toplaşır, hay-küy olur, hadisə insanları o qədər maraqlandırır ki, adi qəza da olsa ona bəzək verməyi unutmurlar: “Bilirsən nə olub?! Filankəsin üstündən kamaz keçib!”.

Çox vaxt insanlar hislərini büruzə verməkdən çəkindikləri üçün bu yola əl atır. Elə də olur ki, qarşındakına hiss etdirməyə çalışırsan, amma o hislərini anlamır. Açıq etiraf da səni qorxudur və bundan sonra incitmələr başlayır.

Məsələn, məktəbli oğlan sevdiyi qıza açıq şəkildə öz hislərini bildirə bilməyəndə, üstüörtülü formada – saçını dartıb incitməklə, laqeyd rəftarıyla qıza sanki “Sən mənim üçün çox dəyərlisən” demək istəyir.

Müasir bəşəriyyətin problemi hövsələsizlikdir. Ona görə də çox insan kəsə yollara üstünlük verir. Bu yolla diqqət çəkmək çox rahatdır. Doğru yolla – xoş sözlərlə diqqət çəkmək isə zəhmət tələb eləyən bir şeydir.

Bəzən də özümüzü müdafiə etmək üçün bu yolu seçirik, çünki çox diqqət, qayğı göstərdikdə qarşı tərəf sevildiyini anlayır və onu heç vaxt üzüb tərk etməyəcəyimizi zənn edib bizi üzməyə başlayır.

Müəllif: Aytən Cavadova
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri