“Bu şəxsləri təcili psixoloqa aparmaq lazımdır” – Həkimdən ciddi xəbərdarlıq

Şərhlər: 10
Baxılıb: 524
Səs ver:
(səs: 0)
Yəqin ki, çoxlarınız həyatınız boyu, heç olmasa, bir dəfə də olsa, vas-vası, hər şeydən iyrənən insanlarla qarşılaşmısınız. Bu cür insanlar öz həyatlarını çətinləşdirməklə yanaşı, ətraflarında olan insanlara da bir çox problemlər yaradırlar. 

Bəs görəsən, bu hal normaldır, yoxsa hər hansı bir psixoloji problemdən xəbər verir?

Psixoloq Leyli Muradova mövzu ilə bağlı açıqlamasında deyib ki, bu, həqiqətən də psixoloji problemdir: "Bunun elmi dildə adı obsessiv-kompulsiv pozuntudur. Bu, əslində çox geniş mövzudur. Xəstəliklərin Beynəlxalq Təsnifatında bu hal sayrışan hallar nevrozu kimi təqdim edilir. Bunun bir neçə növü var. Onlardan da biri təmizlik obsessiyasıdır. Təmizlik obssesiyası tamamilə psixoloji problem hesab olunur.  Onun nevroloji bir hissəsi yoxdur”. 

Həkimin sözlərinə görə, bu hal istənilən yaş dövründə meydana çıxa bilir: "İnsanın təmizliklə məşğul olması, səliqəli olması normal haldır. Amma bizim sosial həyatımıza, ailə durumumuza, işimizə bir maneə törədirsə, bu artıq "xəstəlik” halını alıb və mütləq terapiyadan keçmək lazımdır. Bəzən insanlar bu haldan yaxa qurtarmaq üçün dərman qəbul edirlər, amma psixoloqla söhbətə dırnaqarası baxırlar. Amma bu işin bir də koqnetiv, yəni düşüncə tərəfi də var”.  

Psixoloq bildirir ki, belə problemdən əziyyət çəkən insanlar yalnız psixoloji terapiya zamanı kömək görə bilərlər: "Bu cür insanlar mütləq psixoloqla terapiya keçməlidirlər”. 

L.Muradovanın sözlərinə görə, bu hal əsasən qadınlarda meydana çıxır: "Bu adi ev təmizləmək və ya ev yığışdırmaq hesab oluna bilməz. Bu psixoloji problemdən əziyyət çəkən insanlar təmizlədikləri, süpürdükləri evi dəfələrlə təmizləyirlər. Təmizlik başa çatdıqdan sonra kiminsə ayağı həmin yerə dəydikdə, onlar yenidən təmizliyə başlayırlar. Əllərini dəfələrlə yuyurlar. Hamamda saatlarla qalırlar. Bədənlərinin su dəyən hissələrinə infeksiya düşər deyə dəfələrlə yuyurlar. Əllər o qədər yuyulur ki, çatlayır. Qazanın qapağını əlləri dəyməsin deyə xüsusi əskilərlə tuturlar. Evlərini xüsusi dərmanlarla təmizləyirlər. Amma bir dəfə yox, səhərdən axşama qədər eyni yeri ovalaya-ovalaya qalırlar”. 

Psixoloji problemin səbəblərinə də toxunan psixoloq deyir ki, bu, uşaqlıdan da yarana bilər: "Məsələn, evdə ana, nənə çox təmizkar və vas-vası olduqda uşaqda öyrənilmiş obsessiya meydana gəlir. Uşaq görür ki, ana həddindən artıq, ifrat dərəcədə təmizlik edir, dəfələrlə sildiyi yeri yenə silir, o zaman onda da eyni psixoloji hal meydana çıxır. Bu halı hələ uşaqlıqdan sezmək mümkündür. Məsələn, uşaq yazı yazır, amma xoşuna gəlmir, vərəqi cıraraq yenidən yazır. Bir yazını saatlarla yazıb bitirə bilmir. Bir digər səbəb isə sevgisizlikdir. Əsasən də qadınlar daha çox xəyal qırıqlığına uğrayırlar. Xəyanətlə qarşılaşıb, ağır travma alanda bu hal meydana gəlir. Onlar özlərinə məşğul olmaq üçün əlavə məşğuliyyət tapmırlar”. 


L.Muradova bildirir ki, bu hal insanın özündən əlavə, ətrafdakı insanların da sosial və iş həyatlarına maneçilik törədir: "Bu cür insanlar evdə qapanıq həyat tərzi yaşayırlar. Onlar eyni hərəkətləri təkrar etdikləri üçün yeni səhifəyə keçə bilmirlər. Bu, onlardan asılı olan bir durum deyil. İnsanlar özləri istəsələr də, bu vəziyyətdən tək başına çıxa bilmirlər. Ətrafındakı insanlar da anlamalıdır ki, həmin şəxslər bunu bilərəkdən etmirlər. Bu problemin beyində heç bir fəsadı olmur. Bu, beyində normal olmayan düşüncələrin var oluşudur. Əgər küçədə olan zibilləri uzun müddət təmizləməsək, onlar üst-üstə yığılaraq pis iy verər. Benimizdəki düşüncələr də bu cürdür. Suallara cavab tapmayanda beynimizdə həmin düşüncələrin çoxluğu səbəbindən partlayış baş verir. Ona görə də düşüncələr şkafda səliqəli şəkildə yerləşdirilməlidir və insan sualların cavab tapmalıdır”. 

Həkim deyir ki, ətrafımızda belə insan varsa, onu gecikdirmədən təcili olaraq psixoloqa aparmaq lazımdır: "Vaxtında terapiya almadıqda, son həddə çatdıqda, insanda geri dönmə bir az də çətin olur. Müalicə xəstəliyin ilkin vaxtlarında aparılanda daha rahat olur. Əgər insanın güclü iradəsi və inamı varsa, həmin şəxs özü sağalmaq istəyirsə, bu problemin həlli mümkündür. Sadəcə, ətrafdakı insanlar onlara anlayışlı yanaşmalıdırlar. İnsan özü xəstələnmək istəmədiyi kimi bu cür psixoloji problemə də məruz qalmaq istəməz. Anlamaq lazımdır ki, bu insan beynində olan düşüncələrin əsirinə çevrilib”. 

Həkimin sözlərinə görə, hər xəstənin terapiyaya reaksiyası müxtəlif olur: "İnsanlar individual olduqları kimi, onların terapiyaya verdikləri cavab da müxtəlif olur. Bu problemlərdən qurtulmaq insanların istəyinə bağlıdır. Təmizlik obsessiyasına tutulan şəxs istəsə, bu vəziyyətdən çıxa bilər. Lakin ətrafdakı insanlar bu cür xəstələri anlamasalar, kinayə ilə qarşılasalar, bu cür xəstə psixoloqun sözlərini də qulaq ardına vuracaq. Bu insanın sağalması da çətin olacaq. Bəzən elə olur ki, ətrafındakılar bu cür insanlara "çox təmizkarsan, afərin sənə” və s. kimi təriflər yağdırırlar. Belə olduqda, həmin şəxs onun psixoloji probleminin olmasından bixəbər şəkildə həyatlarını başa vururlar”. 

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
GünAy
Mənə "psix" demək olar. Aşırı təmizkaram.
11 may 2019 13:54
10
Səni çox sevirəm həyatımın mənası heart
Offline
fiyonik
Sitat: Snow White
Menim bacim cox pis xesdesidi. Qab yumaqdan, paltar yumaqdan iyrenir. Yemeyin icinde nese bir sey cixdi. 1 gun yemek yemir. Manyakdi. Atamda ona ad qoyub sofu. 122 amma bele ciddi problem oldugunu bilmirdim.

Men indi anladim evvel niye seni qeydiyyatdan kecirmirdim. Kizz bacimsan ee. Her seyimi acib tokubsen . Bu da bacim guya 122
2 may 2019 14:35
9
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Aylin...
Mənim ətrafımda çoxdu eynən yazılan kimidi bir yeri 10 dəfə silirlər peşman olub evə qonaq gəlir az qalır deyəki dur get kirlətmə evi yəni özləri hiss etmir bunu yəni sadəcə bu vəziyət insanları bezdirir ama başa düşmürlər onları ama biz tərəfdə buna nevroloji baxılır və müalicə alırlar ama xeyiri olduğun deyə bilmərəm təşəkkürlər çox önəmli oldu mənim üçün
29 aprel 2019 20:59
8
hh
Offline
Snow White
Menim bacim cox pis xesdesidi. Qab yumaqdan, paltar yumaqdan iyrenir. Yemeyin icinde nese bir sey cixdi. 1 gun yemek yemir. Manyakdi. Atamda ona ad qoyub sofu. 122 amma bele ciddi problem oldugunu bilmirdim.
29 aprel 2019 17:43
7
But my dear it's not wonderland and you are not Alice:((
Online
Love Angel
Vas-vası və hər şeydən iyrənən biriyəm. Amma dərəcəsində.
29 aprel 2019 14:23
6
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
diablo
Temizkaram amma sukr bele bir problemim yoxdu amma qohumumda bele bir hal olub
29 aprel 2019 14:17
5
Perfect
Online
vipbetul
hec bir problemim yoxdur
29 aprel 2019 09:59
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
BakılıQız
vas-vası, hər şeydən iyrənən insanlarla qarşılaşmısınız.
#menim rastima gelmeyib,ama normal hal deyil elbetdeki
29 aprel 2019 09:46
3
Offline
BARBI
Mende temizlik xestesiyem bir de obsesiyam var
29 aprel 2019 08:36
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
AYCA
Məndə çox irgənənəm amma bu dərəcə yox
29 aprel 2019 08:31
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri