Əsəbləri sakitləşdirməyin yolları

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 349
Səs ver:
(səs: 3)
O qədər qarışıq, yorğun və sıxıntılı həyatlar yaşayırıq ki, bəzən əsəblərimizi sakit tutmaq bizim üçün çətin hala gəlir. Bunun üçün sizə bir neçə tövsiyəmiz var.

• Özünüzü ifadə edin. Çünki hər hansısa bir şeyə əsəbləşdiyiniz təqdirdə, o əsəb içinizdə yığılacaq, xoşbəxt və şən olmağınıza mane olacaqdır. Amma bunun, əsəblərinizi kiməsə tökməli olduğunuz mənasına gəlmədiyini bilməlisiniz. Bir kağıza və ya kompüterinizdə açdığınız “Word” faylına nələr hiss etdiyinizi yazmaqla başlaya bilərsiniz. Sizdən başqa heç kimin görməyəcəyi bu qeydlər əsəblərinizi daha rahat idarə etməyinizə kömək edəcəkdir.
• Özünüzə güvənin. Hisslərinizi rədd etməyin. Özünüzü əsəbi hiss edirsinizsə, bunun mütləq bir səbəbi olmalıdır. Haqqınızda şübhəyə düşmək yerinə, özünüzü tanımağa cəhd göstərin. Bu, əsəblərinizi sakitləşmək uğrunda atacağınız ən böyük addımdır.
• Əsəblərinizi idarə etməkdə sıxıntı yaşayırsınızsa, bu mövzuda kitablar oxuyub, araşdırmalar edin. Əgər yenə də bu sıxıntının öhdəsindən gələ bilmirsinizsə, bu işin professionalından kömək istəyə bilərsiniz.

3 addımda əsəbləri idarə altına alın
1. Əsəb və şiddətinizin, insanlığın ilk dövrlərindən bəri varlığını davam etdirən, önəmli duyğulardan biri olduğunu bilməlisiniz. Yəni, hər nə qədər xoşlamasanız da, əsəb, önəmli həyati hisslərdən biridir. Bunu qəbul etməli, lazım olduğunda inanmalısınız.
2. Sakitləşmək taktikaları üzərində çalışın. Əsəb; qəlbinizi sıxışdıran, əzələlərinizi gərən və özünüzü xəstə hiss etməyinizə səbəb olan bir duyğudur. Nə qədər uzun çəkərsə, o qədər zərəri olacaq. Dolayısı ilə, bu duyğunu ən aza endirmək üçün, meditasiya, yoqa kimi sakitləşdirici metodlardan dəstək almalısınız.
3. Əsəblərinizi daha yaradıcı sahələrə yönəldə bilərsiniz. Nəticədə şiddətin bir səbəbi də içinizdə qalan və heç cür ata bilmədiyimiz artıq enerjidir. Bu enerjini; dansa, idmana və ya incəsənətə yönəltdiyiniz təqdirdə, daha sakit insan olmağa başlayacaqsınız. Bir hobbi ilə məşğul olmaq, hissləriniz və özünüzlə daha az məşğul olmağınızı təmin edəcəkdir. - Bəs siz əsəblərinizi necə sakitləşdirirsiniz?
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri