Pis bir günü yaxşıya çevirməyin 3 yolu

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 379
Səs ver:
(səs: 0)
Pis bir gün keçirdiyiniz zaman özünüzü tamamilə kədərə buraxmaq yerinə, xilas olmaq sizin əlinizdədir. Bəzən pis bir gün keçiririk. Kefsiz oluruq, bütün nizamımız pozulur və problemin nədə olduğuna ilişib qalırıq. Ciddi problemlər yaşadıqda professional dəstək almağı da unutmayın.

Özünüzü çox incitməyin

Bir səhv etdikdə özümüzü cəzalandırmağa çalışırıq. Amma bunu unutmayın ki, hamı səhv edir və səhvlərimizdən dərs çıxarmaq həyatda irəliləməyin tək yoludur. Səhv etdikdən sonra özünüzü günahlandırmaq yerinə, harada səhv etdiyinizi tapmağı sınasanız, həm gününüz, həm də həyatınız daha yaxşı olacaq. Özünüzü bağışlamağınız o qədər də çətin deyil.

Təmiz hava alın

Əgər çöldə gəzintiyə çıxıb günəşin altında oturmaq şansınız varsa, bundan istifadə edin. Təmiz hava sahib olduğunuz qayğı və narahatçılıqları azaltmaq üçün çox köməyinizə çatacaq. Bəzən əsəbləşdikdə nəfəsimizi tutmalı olduğumuzdan daha çox tuturuq. Bu səbəb ilə davamlı şəkildə nəfəs almağı unutmayın. Rahatlaşmaq üçün özünüzə vaxt ayırmaq sizə kömək edəcək.

Olduğunuz hər yerdə gözəllikləri görməyə çalışın

Çox yorğun olduğunuz vaxtlarda günəşin batmasının gözəlliyini qaçıra bilərsiniz. Əgər təbiətə yaxın bir yerdə deyilsinizsə, muzeyə və ya incəsənət qalereyasına gedin. Bunlar da yoxdursa, sizə ən yaxın parka gedin və həyatınıza bir az işıq girsin.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 379
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Gozellikleri gormeye calisin- bu dogurdanda adamin ehvalini deyisir,men hemise balkona cixiram agaclara baxiram, yarpaqlarin qopub dusduyune,herden yagisin agacin yarpagina dusmesine,sakit dayanib baxdigin yerde kuleyin yarpagi terpetmesine baxdiqca o qeder rahatlasir beynim, hemin anlar Allaha tesekkur etmekden basqa hecne dusune bilmirsen
8 oktyabr 2019 01:15
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
kivircik
Əgər çöldə gəzintiyə çıxıb günəşin altında oturmaq şansınız varsa, bundan istifadə edin. 
Demek olar ki,gunumun chox hissesi achiq havada kechir. Bu mene chox yaxshi tesir eliyir
6 oktyabr 2019 17:46
2
Online
BARBI
Bu gunlerde cox esebi ve gerginem.Bu yaziya ehtiyacim var idi
6 oktyabr 2019 14:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri