Psixoloji ehtiyaclarınızı qarşılayırsınızmı?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 322
Səs ver:
(səs: 0)
İnsanın yemək, içmək, nəfəs alıb-vermək kimi təbii fiziki ehtiyacları olduğu kimi psixoloji ehtiyacları da var. Bəs əsas psixoloji ehtiyaclarımız nələrdir və lazımi qədər qarşılanmadıqda nələr baş verir?

Münasibət ehtiyacı

Bu, fərdin sağlam münasibətə ehtiyac duymasıdır. Münasibət ehtiyacı insanın sosial bir varlıq olmasının səbəbidir. Təklik və sosial dəstək çatışmazlığı fərd üçün bir çox psixoloji və fiziki problemlərin səbəbidir.

Yetərlilik ehtiyacı

İnsanın özünü yetərli hiss etməsi və özünə inamının yerində olması ilə əlaqəlidir. Hər insan özünü lazımi mövzularda yetərli hiss etmək istəyir. Yetərlilik ehtiyacı qarşılanmış bir insan işə yaradığını, dəyərli olduğunu hiss edir. Əks halda isə yetərsizlik, dəyərsizlik və işə yaramazlıq hissləri insana hakim olur.

Müstəqillik ehtiyacı

Fərdin özünü müstəqil hiss etməsi həyatı ilə bağlı öz qərarlarını özünün ala bilməsi ilə əlaqəlidir. Müstəqillik ehtiyacı lazımi qədər qarşılanmamış insan özünü təzyiq altında hiss edəcək və müstəqil hərəkət etməkdə çətinlik çəkəcəkdir.

Bəs psixoloji ehtiyaclar qarşılanmadıqda nə baş verir?

Lazımi psixoloji ehtiyacların qarşılanmaması insanda əskiklik hissinə səbəb olur. Bundan əlavə insanın psixoloji mənada gərgin, əsəbi və aqressiv olmasına gətirib çıxarır. Psixoloji ehtiyacların qarşılanması ilə bağlı etməli olduğunuz ilk şey hər şeyin fərqində olmaqdır. Yəni insan yaşadığı sıxıntıların və problemlərin hansı psixoloji ehtiyacının lazımi qədər ödənməməsindən yarandığıyla bağlı bir fərqindəliyə çata bilsə, özü üçün vacib bir addım atmış olacaqdır. Bu fərqindəliyə çatdıqdan sonra da ödənməmiş psixoloji ehtiyaclarının qarşılanması üçün nələr edə biləcəyi ilə bağlı üsulları inkişaf etdirə bilər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 322
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Teesufki gundelik heyatda cox insanin bu ehtiyaci qarsilanmir
7 noyabr 2019 18:49
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri