Qadın düşünür ki, etsəm alçalmış oluram... - Ailələrdə intim problemlər - Psixoloq rəyi

Şərhlər: 2
Baxılıb: 549
Səs ver:
(səs: 0)
Türkiyəli mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar.

Türkiyədə qadınların 69 faizi, Azərbaycanda isə 79 faizi ərləri ilə seksdən narazıdırlar. Bu problem çox vaxt xəyanətlərə və boşanmalara səbəb olur. Niyə cəmiyyətimizdə kişi və qadınlar cinsi istəklərini bir-birləri ilə paylaşmırlar?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik.

"Bəzi psixoloqlar bu barədə danışmağa çəkinirlər. Çünki fikirlərinin insanlar tərəfindən yanlış anlaşılmasından qorxurlar. Bu gün Azərbaycanda elə şeylər var ki, ört-basdır edirlər üstünü. Halbuki, bunlar qabardılsa, hardasa kişi qadın münasibətlərinə aydınlıq gətiriləcək və bunun nəticəsində insanlar yanlış qərar verməyəcəklər və boşanmalar, xəyanətlər azalacaq. Bizim mentalitetimiz ailədə bəzi məsələləri açıq-aşkar müzakirə etməyə yol vermir. Kişilər bəzən düşünür ki, mən öz xanımıma bunu açıq şəkildə deyə bilmərəm. Ona görə də hər hansı bir istəklərini, cinsi təlabatlarını paylaşmırlar, o fikirləri bir-birinə demirlər. Buna görə də, kişi başlayır başqa qadın axtarmağa. O xanımla ikinci bir həyat yaşayırlar. Əslində kişi bir qadınla həm sevgi, həm cinsi təlabatlarını ödəyə bilirsə, ikinci qadına gərək qalmayacaq".

Psixoloq həmçinin deyir ki, qadınlar bəzi cinsi təlabatları ödəməyin alçalmaq olduğunu düşünürlər ki, bu da problemlər yaradır:

"Bu gün bəzi xanımlar da düşünürlər ki, "bu cinsi təlabatını ödəsəm alçalmış olaram", "yoldaşım məni nə hesab edir ki belə təklif edir?”. Bu fikirlərlə onlar kişiləri özlərindən uzaqlaşdırırlar. Bəzən görürük ki, kişi və qadın eyni şeyi istəyirlər. Lakin bunu bir-birləri ilə paylaşmırlar. Bəzən qadınlar özləri də təlabatları ödənmədikdə başqasını axtarırlar. Niyə axtarır? Çünki onu həyat yoldaşına deyə bilmir. Biz öz həyat yoldaşımızla dost ola bilmirik. Dost ola bilmiriksə, xəyanətlərin sayı da artacaq, soyuq münasibətlər də davam edəcək".

Gülnar Orucova vurğulayır ki, ailədə kişi və qadın arasındakı münasibəti qoruyub saxlayan əsas şərt ehtiras hissidir:

"Münasibətə istilik qatan uşaqlarımız olsa da, digər tərəfdən bizim öz təlabatlarımızın ödənilməsi bu münasibəti daha uzunmüddətli edir. Münasibətlərin əsasında ehtiras dayanır. Sevgi zaman-zaman şəklini dəyişir. Deməzdim ölür, yox, şəklini dəyişir. Ehtiras elə bir duyğudur ki, kişi ilə qadını bir-birinə bağlayır. Kişi öz xanımına “arvadı” kimi baxmamalıdır. Evini təmizləyən, qabını yuyan şəxs kimi baxmamalıdır. Onunla sevgisini, hisslərini paylaşmalıdır".

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Zümra
Sexsen mence her iki teref bir birlerinin telabatini odemelidirler.sevginin esas temeli sexdenkecir bu bir realligdi.
10 oktyabr 2019 19:42
2
Barxatnaya babocka
Offline
Cema_Axodova
Aile ne demekdi bes?mene catmir icinden keceni heyat yoldawina dememek? Bes ne ucun onunla aile heyati qurmusan?paltar al corek al deye bilirsen onu neden al deye bilmeyesen???
10 oktyabr 2019 16:28
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri