Xroniki yorğunluq nədir? Özümüzü necə qoruyaq?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 590
Səs ver:
(səs: 0)
Özünüzü davamlı olaraq yorğun, gücsüz, halsız hiss edirsiniz? Günümüzdə çox rast gəlinən bu problemin cavabı xroniki yorğunluqdur.
Qadınla.Com bildirir ki, xroniki yorğunluğun səbəblərini iki istiqamətdə axtarmaq lazımdır.

1) fiziki olaraq insanın sağlamlığı və psixoloji vəziyyəti ilə əlaqədar
2) şəxsi və ya iş həyatı ilə əlaqədar

Bu problemə hətta ətraf mühit də səbəb ola bilər. İnkişaf etmiş sənaye sahələri olan ərazilərin çirkli atmosferi həyat gücünün yüksəlməsi üçün əlverişli deyil.
Xroniki yorğunluq sindromu - təhlükəli fenomendir, belə ki, infarkt daxil olmaqla, bir çox xəstəliklər ona aid ola bilər.

XRONİKİ YORĞUNLUĞUN SƏBƏBLƏRİ

1. Düzgün qidalanma olmadıqda makro və mikroelement, vitamin çatışmazlığı yaradır. Bu isə öz növbəsində həm qadın, həm də kişilərdə hormonal çatışmazlığa səbəb ola bilər.

Ümumiyyətlə düzgün qidalanma olmadıqda orqanizmin enerji gücünə də təsir edən bir sıra amillər olur. Xroniki yorğunluğa səbəb meteohəssaslıq da ola bilər. Əvvəllər həkimlər buna çox önəm verməsələr də, artıq çox diqqət etməyə başlayıblar.

2. Gün rejiminin pozulması, yuxusuzluq, karyera yüksəlişi və yaxud uğurlar üçün daha çox işləmək orqanizmi hədsiz gücdən salan amillərdir. Qəhvə və ya enerji içkilərinin qəbulu problemin daha da kəskinləşməsinə səbəb olur. Çünki insan yenidən "ehtiyat" güc toplamağa zaman tapa bilmir, orqanizm isə getdikcə yorularaq dağılır, məhv olur.

3. Xüsusilə insanın daxili tonusuna onun özünü necə hiss etməsi, əhval-ruhiyyəsi təsir göstərir. Əgər o, özünü xoşbəxt hiss edirsə, sevinclə çalışır, sevir, ətraf mühit tərəfindən sevilir, gümrah və aktivdir, heç nəyə baxmadan bütün işlərin öhdəsindən asanlıqla gələ bilər.
Stress, qarışıqlıq, ruhi sıxıntı bütün gücü, həyat tonusunu alaraq, insanı həm ruhən, həm də fiziki yorğun hala gətirir. Beləliklə, xroniki yorğunluq sindromu yaranır ki, bununla da ya həkimlər, ya da psixoloqlar mübarizə aparır.
Bütün yuxarıda sadalanan faktorlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan əsas amillərdir. Onları minimuma endirmək üçün həyatınızı dəyişməyə cəhd edin. Bu, bizim hər birimizin sağlamlığı üçün vacibdir!

Xroniki yorğunluğun simptomları
• Yorğunluq
• Boğaz ağrısı
• Yaddaş və diqqətin zəifləməsi
• Boyun və qoltuq altında böyümüş limfa düyünləri
• Əzələ və oynaq ağrısı
• Baş ağrısı
• Yuxu problemi. Yatsan da dincələ bilməmək
• Fizki və zehni məşqlərdən 24 saat sonra həddinən artıq yorğunluq

Yoğunluğun bir sıra səbəbləri ola bilər. Lakin mütəmadi yorğunluq zamanı mütləq həkimə müraciət etmək lazımdır.

Risk faktorları
Yaş: xroniki yorğunluq sindromu hər yaşda ortaya çıxa bilir. Lakin 40-50 yaş arası insanlara daha çox təsir edir.

Stress: stressi idarə etməyin çətinliyi xroniki yorğunluğa təkan verir.

Alternativ tibb:
Akupunktura- sancmaq, çalmaq - bədənin xüsusi aku nöqtələrini nazik iynələr sancmaqla aparılan müalicə növüdür. Çində alternativ tibb kimi geniş yayılıb. Əsasən ağrının azaldılması üçün istifadə edilir. Çin xalq təbabətinin əsas tərkib hissələrindəndir.

Tay çi çuan - Çin döyüş sənətinin daxili stillərindəndir ki, müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.

Yoqa - ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Və masaj xroniki yorğunluğun aradan qaldırılması üçün əlverişli üsullardır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 590
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1360
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Yuxusuz olanda yorgun oluram,normal yuxumu almaqdan asilidi yaxshi olmagim
26 dekabr 2019 21:34
3
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 458
Xəbər sayı: 22
Qeydiyyat: 8.06.2019
Marsell
Eynən mən . Çox yorğunam.
25 dekabr 2019 16:52
2
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Xroniki yorgunluq her kesde ol biler.Men de de bezen olur bu hal
25 dekabr 2019 09:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri