Boşanma, ayrılıq, intihar... - Son illərin “TikTok” kabusu 

Şərhlər: 4
Baxılıb: 761
Səs ver:
(səs: 0)
Dünyada 500 milyondan çox aktiv izləyiciyə sahib video və canlı yayım platforması olan "TikTok"  gənclərin və evli ailələrin başına bəla olub. 

Platforma ilk olaraq əyləncə məqsədilə yaradılsa da, gizliliyin qorunması və təhlükəsizlik baxımından olan boşluqlar valideynləri narahat etməyə başlayıb.  Odur ki, artıq onlar dünyanın dörd bir yanından tətbiqin bağlanması üçün müraciətlər edirlər. 

Məzmun məhdudiyyəti olmadığından platfomaya yüklənən videolara görə boşanma, ayrılıq, intihar kimi halların sayının artdığı da bildirilib. 

Bununla yanaşı, hətta "TikTok"dan istifadəyə icazə verilmədiyi üçün intihar edənlər belə var. Məsələn, Hindistanda 2 uşaq anası əri "TikTok"dan istifadə etməyə icazə vermədiyi üçün intihar edib. Artıq tətbiq İndoneziya və bir çox ölkələrdə qadağan olunmağa başlayıb. Daha çox intihar və hadisələrin baş verdiyi Hindistan və Çində isə yüklənmiş videolar ciddi nəzarətə alınıb. Əslində, 18 yaşından kiçik şəxslər üçün "TikTok"da hesab açmaq valideyn razılığı şərt olsa da, bu qanun praktikada işləmir. 

Hətta tətbiq istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir. Bu səbəbdən də ABŞ-ın Federal Ticarət Komissiyası "TikTok" platformasını 5,7 milyon dollar cərimələyərək tənzimləyici xidmətdən 13 yaşdan kiçik uşaqlar tərəfindən çəkilən videoları bloklamağı və cəriməni ödəməyi tələb etmişdi. Tətbiqin əsas uğurunun səbəbi "Vine"ın qısa video formatı, "Snapchat"ın filtrləri, "Musical.ly"nin dodaq sinxronizəsini bir araya toplamasıdır. Gündəmdə olmaq, məşhurlaşmaq, daha çox bəyənilmək həvəsində olan gənclər müxtəlif videolarla qısa müddətdə bu arzusuna çatırlar. Ancaq bu məşhurluq bəzi hallarda mənfi hallarla nəticələnir. 

Hazırda ölkəmizdə də sözügedən platformaya maraq böyükdür. İstifadəçilərin videoları instaqram və digər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə çıxarılır. Dəfələrlə mediada Bulvarda icazəsiz boruların üzərinə çıxaraq təhlükəli vəziyyətdə video çəkənlərlə bağlı məlumatlar yayılıb. Hətta bir nəfər "TikTok" çəkilişi üçün sözügedən ərazidə üzmək istəyən zaman boğularaq ölüb.

Bundan başqa, Şəkidə tibb bacısı iş vaxtı video çəkmiş və sözügedən video gözlənilməz dərəcədə məşhurlaşdığı üçün baş həkimlə problem yaşanmışdı. Bundan başqa, bir neçə gün öncə intihar edən 17 yaşlı Gülər İsmayılova da ağlayaraq çəkdiyi son videonu burada paylaşmışdı.

Hazırda 13-17 yaş aralığındakı "TikTok" fenomenlərinin instaqram səhifələri maraqla izlənilir. Belə ki, 100-150 min izləyicisi olan yeniyetmə və gənclər artıq müxtəlif şirkətlər tərəfindən reklam təklifləri də alırlar. 

Qeyd edək ki, "TikTok" 2016-cı ildə Çin şirkəti "ByteDance" tərəfindən hazırlanıb.

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
hech sevmirem bu proqrami. kimse de chekib wpda statusda paylashanda mene menasiz bosh birshey kimi gelir bir anlami yoxdu bekarlar uchundu)
12 noyabr 2019 16:47
4
Offline
fiyonik
Tiktok'a her defe baxib et tokurem. Gah biri yixilir. Gah oglan qizi opur ya oynuyur. Bos seylerdi. Onu cekmeye serf etdiyi zamana bedii kitab oxusa lap ela olar. Amma neyniyek zamane beledi.
Tesekkurler
12 noyabr 2019 15:50
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
BARBI
Mende sevmirem tik toku.Menasiz sayti.Insanlari azginlasdirir
12 noyabr 2019 09:38
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
BakılıQız
Tiktok ne oldugunu hec bilmirem, hec bilmekde istemirem.
12 noyabr 2019 08:36
1
2019 zelkaYeni iliniz mübarək! zelka 2020

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri