Özgüvənli olmaq üçün özünüzdə bu düşüncələri formalaşdırın

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 956
Səs ver:
(səs: 0)
Güvən uğuru gətirər deyirlər.

Müvəffəqiyyət qazanmaq üçün özünüzdən kifayət qədər əminsiniz?

“20-li yaşlarıma baxdığım zaman özümün iki fərqli versiyasını görürəm. İlk beş il güvənsizlik və narahatçılıq duyğuları həyatıma hakim idi. İstəmədiyim həyatı yaşayırdım və buna son verməyim mövzusunda dəqiq qərar verməmişdim. 20 yaşından sonra məqsədimə doğru getməyi öyrəndim və istədiyim həyatı yaşamağa başladım”.


(Amerikalı yazıçı və həkim Andrev Thomas)

Sözügedən yazıçı hazırda 32 yaşındadır. Yazıçı mənfi düşüncələrlə dolu bir zehniyyətin müvəffəqiyyətə çatan yolu özünə olan güvəndən qaynaqlandığını bildirir:

“Özündən əmin olduqda bütün dünya sənə aid kimi görünür. Anidən çevrənizi digər müvəffəqiyyətli və özünə güvənən insanlarla əhatə edirsiniz. Bununla da bütün fürsətlər, həm də uğur asanlıqla yolunuza çıxar”.

Andrev Thomas özünə güvənən insanların əsas vərdişlərindən bəhs edib:


1 – Hansısa bir şeyi nə üçün etdiyinizdən əmin deyilsinizsə tam olaraq nə etdiyiniz də dəqiq deyil.

Məqsədinizi dəqiqləşdirin. İşdə və həyatda məqsədiniz nədir? Səbəblərinizi asan xatırlana bilən formada ağlınızda tutun. Bunları bir yerə yazın. Bəzi səbəblər dəqiqləşəndən sonra özünüzdən daha yaxşı əmin olacaqsınız.

2 – Özünüzü müqayisə edəcəyiniz tək insan, olmaq istədiyiniz versiyanızdır.

Özünüzü başqası ilə müqayisə etməyin. Bu zaman yaxşı olmadığınız qanaətinə gələrsiniz ki, bu sizdə müvəffəqiyyətsizliklər yaradar. Bunu etmək özünüzə olan güvəni zəiflədər. Bu səbəbdən özünüzü qarşılaşdırdığınız tək insan yenə də siz olmalısınız, ancaq xəyal etdiyiniz formanız.

3 – Daha çox həll yolu, daha çox özgüvən deməkdir.

Çətinliklər həyatın hər mərhələsində qarşımıza çıxacaqdır. Bunu yaşadığınız zaman sadəcə problemlərə diqqəti cəmləyib qalmaq yerinə, həll yoluna diqqətinizi toplamaq ən doğrusudur. Daha çox problemin öhdəsindən gəlmək üçün daha çox özgüvən inşa etmək gərəklidir.

4 – Güclü xarakterinizi təyin edin və ona uyğun davranın.

Güclü xarakterinizi ortaya çıxartmaq özgüvəni də özüylə bərabər gətirər. Məsələn, riyaziyyat biliyiniz güclü deyilsə bank işləri ilə məşğul olmağa cəhd göstərməyin. Güclü tərəflərinizə sadiq qalın.

5 – Qorxu insanı iflic belə edə bilər, hərəkətə keç.

Beyninizdəki səsi görməzdən gəlin və hərəkətə keçin. Qorxunun sizi geridə tutmasına icazə verdikcə neqativ səsi daha güclü eşitməyə başlayarsınız. Nə qədər çox hərəkət etsəniz mənfi səslər o qədər əksilər.

6 – Yaxşı gördüyünüzdə yaxşı hiss edəcəksiniz və müsbət hiss etdiyinizdə özünüzə bir az daha güvənəcəksiniz.

Görünüşünüzdən qürur hissi duyun. Nə olursa olsun görünmək istədiyiniz kimi görünün, o cür geyinin.

7 – Mənfi düşünmək insanın bütün həyatına təsir edə bilər.

Bu növ düşüncələrin şiddəti özünüzə olan özgüvəni azaldar. Zəifliklərinizin yerinə müsbət niyyətlərə diqqətinizi toplayın. Uğursuzluqlarınızın yerinə müvəffəqiyyətlə nəticələnən hərəkətlərinizə diqqət edin. Pozitiv olun.

8 – Uğurun yarısı fürsət, digər yarısı hazırlıqdır.

Hazırlıqlı olun. Doğru fürsət qapınızı çaldığında hazır olmaq üçün nə etməlisinizsə bu gündən edin. Hazırsınızsa, fürsəti dəyərləndirmək üçün özünüzə güvənmə ehtimalınız daha yüksəkdir.

9 – Bədən dilinin gücünü dərk edin.

Bədən dili sözlərdən daha çox yüksək səslə danışır. Özünüzü aşağıya doğru durur kimi hiss etdiyinizdə duruşunuzu dəyişdirin. Çiyinlərinizi geri çəkin, başınızı yüksək tutun, ayaqlarınızı geniş tutun və əllərinizi qəhrəman kimi havaya qaldırın. Yeni duruş, sürətlə ruh halınızı dəyişdirər və güvəni artırar. Bunu tez-tez edə bilərsiniz. Sizi bundan daha yaxşı özgüvənli edəcək digər effektli həll yolu yoxdur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri