Kişilər də uşaq "doğur!" - KUVAD sindromu nədir?

Müəllif: diablo
Şərhlər: 2
Baxılıb: 1176
Səs ver:
(səs: 1)
Əgər kişi həyat yoldaşının hamiləliyi zamanı həyəcan keçirirsə, həyat yoldaşının keçirdiyi hisləri özündə hiss edirsə bu kuvad sindromu adlanan isterik nevrozdur.
Qadınla.Com bildirir ki, Kuvard sindromu Fransızca tərcümədə yumurtalıqların canlanması deməkdir. Sindromu həyat yoldaşları hamilə olan cavan kişilərdə psixogen və psixosomatik dəyişikliklərin birgə təzahürüdür. Bu zaman qadının keçirdiyi pataloji hissləri həyat yoldaşı da keçirir. Məsələn hamilə qadının iştahı pozulursa və ya ağrı hiss edirsə, həyat yoldaşı da həmin hissləri keçirir.

Sindromun əsas simptomlarına aiddir:
-Səhərlər ümumi zəiflik
-iştahanın pozulması, artması və ya azalması
-hər gün baş verən ürəkbulanma
-tez-tez yaranan qəbzlik və ya əksinə diareya,
-mədə-bağırsaq sancıları, qarnın aşağı nahiyəsində ağrı
-bel nahiyəsində ağrı
-psixogen diş ağrıları
-Simpatik ağrılar. Bu o deməkdir ki, qadın hansı nahiyədə ağrı hiss edirsə, kişi də həmin yerdə ağrı hiss edir.

Bu simptomlar dəyişkən emosional hal, əsəbilik, depressiya, daxili gərginlik, yuxusuzluq, şıltaqlıq, dözümsüzlük və s. kimi xüsusiyyətlərlə müşayiət olunur. Adətən bu sindromda hamiləlik diskomfortu həzm sistemi əlamətlərinə uyğun olur.

Sindrom nə zaman hiss olunur?
Bir qayda olaraq həyat yoldaşının hamiləliyinin 3 aylığında hiss edirlər, pik nöqtəsinə isə 9 aylığında çatırlar. Doğuş vaxtı gələndə kuvad sindromu əlamətləri daha da artır. Xəstələrin bəzələrində simptomlar ilkin olaraq kəskin olur, doğuşa yaxın isə tam keçir, digərlərində isə əlamətlər yalnız doğuşdan sonra, hamilə qadında doğuşdan sonrakı ağırlaşmalar aradan qalxdıqdan sonra keçir. Kişinin vəziyyətinin ağırlıq dərəcəsi onun qadının doğuşu haqqında nə fikirləşdiyindən asılıdır. Doğuş zamanı kişi həyəcanlanır, tez-tez zəng vurur, soruşur. Doğuş normal başa çatdıqdan sonra o da sakitləşir.

Hansı kişilər sindroma tutulur?
Adətən 21-27 yaşlar arasında olan, ilk dəfə ailə quran gənclərdə rast gəlinir.Bundan başqa ən çox ananın yanında olan, onun dedikləri ilə hərəkət edən, öz fikirləri olmayan, ananın seçimi ilə evlənən kişilərdə bu sindrom müşahidə olunur. Bu cür problemi olan bütün xəstələrdə seksual pozulmalar müəyyən olunmuşdur, əsasən vaxtından əvvəl boşalma onlarda müəyyən kompleks əmələ gətirir.

Sindromun səbəbləri:
Bunun dəqiq səbəbi məlum deyil, ancaq daha çox hormonlarla əlaqələndirirlər. Əldə edilən məlumatlara görə, ailədə yeni doğulacaq körpənin gəlişini gözləyən kişilərdə testesteron hormonu aşağı düşür və əksinə qadın hormonlarının əsasını təşkil edən estorogen, oksitosin və prolaktin isə artır. Südün artmasında mühüm rol oynayan prolaktin hormonunun kişilərdə yaranmasının nəyə lazım olduğu aydın deyil.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1176
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
Bu nedise menim kiwime aid deyil.
27 yanvar 2020 02:06
2
#flatearth
Offline
BARBI
Bunu editmisdim kisiler xanimi hamile olanda kokelir bbu hallari kecirir
26 yanvar 2020 13:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri