Yaddaş problemi yaşlılığın əlamətidirmi? – PSİXOLOQ YAZIR

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 2 986
Səs ver:
(səs: 0)
Yaddaş beyində insanın əldə etdiyi informasiyaların, təcrübələrinin, duyğularının qorunub saxlanıldığı yerdir.Yaddaş vasitəsilə insan sensor sisteminin stimulasiyasina səbəb olan informasiyaları işləyərək yaddaşına depolayır və istədiyi zaman yenidən yada salaraq gündəlik fəaliyyətini icra edə bilir.

Yaddaşın üç növü vardır:

1)Sensor yaddaş
2)Qısa müddətli yaddaş
3)Uzun müddətli yaddaş.

Sensor üzvləri (görmə,eşitmə,qoxu,dad ,dəri) aktivləşdirən qıcıqlandırıcılar anlıq olaraq (3-4saniyə) sensor yaddaşa həkk olunur. Sensor yaddaşa aktiv yaddaş da deyilir. İnsan davamlı olaraq xarici təsirlərə məruz qalır. Sensor yaddaşı nəticəsində insan gördüyünü, eşitdiyini, yediyi qidanın və s. dadını xatırlaya bilir. Ancaq müddəti çox qısa olduğu üçün tez bir zamanda unudulur. İnsan əldə etdiyi informasiyaları işləyərək, müəyyən efort sərf edərək qisa müddətli yaddaşa ötürə bilər. Qısa müddətli yaddaşın həcmi limitli olduğu üçün burada informasiyaların saxlanılması 20-30 saniyə təşkil edir. Qısa müddətli yaddaşa işlək yaddaş da deyilir. Belə ki, insan diqqətini fokuslayaraq və təkrar edərək informasiyanın işlənilməsinə və daha uzun müddətli yaddaşa həkk olunmasına səbəb ola bilər. Qısamüddətli yaddaşdan informasiyanın uzun müddətli yaddaşa keçirilməsi yaddaşın konsolidasiyası adlanır. Uzun müddətli yaddaş insanın əldə etdiyi informasiyaların, keçmiş təcrübələrinin uzun müddət ərzində saxlanılması və lazım olduqda istifadə üçün geri gətirilməsidir.

Beləliklə, yaddaşın üç əsas mərhələsini qeyd edə bilərik:
1)Kodlaşdırmaq
2)Depolamaq
3)Yada salmaq (geri gətirmək)

Hər hansı informasiyanın yadda saxlanılması üçün ilk öncə diqqətin onun üzərində cəmləşməsi və daha sonra düzgün kodlaşdırılması lazımdır. Bunun üçün mnemonik metodlardan istifadə edilir. Mnemonik metodlar dedikdə, buraya bir-biri ilə əlaqəli olan informasiyaların qruplaşdırılması, frazalar, akronim vəs. aiddir.

Yada salmaq da ən az digər proseslər qədər mühümdür. Belə ki, yaddaşa həkk olunan informasiyaların istənilən zaman yada salınması və ya geri gətirilməsi insanın gündəlik fəaliyyətində əsas rol oynayır. Bəzən bu proses öz funksiyasını yerinə yetirə bilmir. Belə ki, tez -tez eşitdiyimiz və ya dediyimiz bir ifadə vardır :”dilimin ucundadır“ fenomeni . Verilən sual qarşısında nə qədər xatırlamağa çalışsaq da, həmin anda xatırlaya bilmirik.

Yaddaş problemləri yaddaşın hər hansı bir mərhələsinin disfunksionallığı ilə bağlı ola bilər:
1)Düzgün kodlaşdırıla bilməməsi
2)Konsalidasiya problemi
3)Yada salmada problem

Burada insanın öz ixtiyarında olan sadəcə düzgün kodlaşdırıb kodlaşdırıla bilməməsidir. Diqqətin düzgün fokuslanması və mnemonik metodlardan düzgün istifadə edilməsi yaddaş problemlərini ortadan qaldıra bilər.

Ancaq digər mərhələlərdəki problemlər müəyyən səbəblərlə bağlı ola bilər. Bunlara antidepresan dərmanlar, alkoqol, siqaret, yuxusuzluq, depressiya, stres, beyin zədələnməsi, infeksiyalar aiddir.

Yuxusuzluq yaddaşın konsalidasiyası və yada salmaq prosesinə bilavasitə çox güclü təsir göstərir. Depresiyyada olan bir insanın diqqət probleməri olduğu üçün informasiyanın yaddaşa həkk olunmasında problem yaranır. Araşdırmalara görə depressiyada olan bir insanın hippokampusunun həcmi depressiyada olmayan bir insanla müqayisədə 9-13% daha balacadır.

Eyni zamanda stress faktoru da yaddaş problemlərində əsas rol oynayır. Stres insanın emosional olaraq yaşadığı travma olduğu üçün bu zaman insanın konsantrasiyası pozulur və nəticədə xatırlamaq problemləri yaşayır.

Beyin zədələnmələri qısamüddətli və ya uzunmüddətli yaddaşda problem yarada bilər. Qısamüddətli yaddaş problemi yaşayan bir insan 5 dəqiqə əvvəl kiminlə danışdığını unutduğu halda, ancaq 15 il əvvəl orta məktəbdə oxuduğu sinif yoldaşını çox yaxşı xatırlaya bilər.

Amneziya zamanı insan yeni informasi öyrənə bilmir(arteograd) və ya əvvəl öyrəndiyi informasiyanı (retrograd)xatırlaya bilmir. Bəzən amneziya ilə demensiya eyniləşdirilir. Ancaq demensiyanın amneziyadan ən böyük fərqi insanın koqnitiv qabiliyyətlərinin( yazmaq,oxumaq, təxəyyül etmək vəs.) itirilməsi olub proqressiv olmasıdır. Demensiya bir xəstəlik deyil, xəstəliyin(məsələn, Alzeimer) göstəricisidir. Beyində baş verən dəyişikliklər nəticəsində insanın düşünmə bacarığına, koqnitiv qabiliyyətinə təsir göstərərək davranışlarda, hislərdə, münasibətdə özünü biruzə verir.

Yaddaş problemləri hər yaşda baş verə bilər. Preventativ tədbir kimi mental məşqlər edərək beyin əzələlərini inkişaf etdirilə bilər və nəticədə yaddaş probleminin yaranması riskinə azaldıcı təsir göstərməsinə səbəb olmaq mümkündür. Mental məşqlərə bunları aid etmək olar:

-Şahmat oynamaq, krosvord həll etmək

-Qəzet, jurnal, kitab oxumaq

-Yeni bacarıqlar öyrənmək( dil öyrənmək, musiqi aləti çalmaq vəs.)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 986
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri