Şəxsi inkişaf nədir, nə deyildir?

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 3 019
Səs ver:
(səs: 0)
Şəxsi inkişaf. Xüsusilə, gənclər arasında məşhur olan bu ifadə son dövrlərdə daha da populyarlaşıb. Ancaq bir çoxu şəxsi inkişafın tam olaraq nə olduğunu bilmir. Sadəcə kitab oxumaq, təlim, seminar və kurslara getmək, ətrafınızı genişləndirmək şəxsi inkişaf demək deyil.

Heraklit demiş, “dəyişməyən tək şey dəyişimin özüdür”. Yəni sən istəsən də, istəməsən də özün də daxil olmaqla, ətrafındakı hər şey zaman keçdikcə dəyişir. Ya müsbət, ya da mənfi tərəfə. Şəxsi inkişaf insanın şüurlu şəkildə etdiyi dəyişiklikdir və özünü inkişaf etdirmək üçün göstərdiyi müsbət səylərin nəticəsidir.

Əgər hazırki vəziyyətinlə razı deyilsənsə, daha yaxşısını edə biləcəyini və buna layiq olduğunu düşünürsənsə, onda şəxsi inkişafa başlamaq üçün yetərli səbəbin var.

Şəxsi inkişaf nə deyildir?
Sadəcə özünü düşünərək hərəkət etmək deyildir;

Sadəcə bir istiqamətə (məsələn, təhsil və ya münasibətlər) fokuslanıb onu inkişaf etdirmək deyildir;

“Hə, hər şey əladı, belə qalsa yaxşıdır” deyib bir yerdən sonra heç nə etməmək demək deyildir;

Sadəcə oxumaq, öyrənmək demək deyildir.
Şəxsi inkişaf ömürboyu davam edən bir prosesdir, inkişaf etdiriləbiləcək bütün istiqamətlər üzrə aparılır və həm öyrənərək, həm də öyrəndiklərini tətbiq edərək özünü inkişaf etdirməkdir.

Şəxsi inkişaf
Şəxsi inkişafın nə olduğunu və nə olmadığını müəyyən etdiyimizə görə artıq necə başlayacağımıza baxa bilərik. Aşağıdakı addımları tətbiq edərək sən də şəxsi inkişafına başlaya bilərsən.

Özünü tanı
Sən oxuduğun məktəb, universitet, fakültə, çalıdığın yer, doğulduğun yer, yaşın və s. deyilsən. Özünü tanımağın ən yaxşı yolu suallar verməkdir. Çünki beyin suallarla işləyir. Əsas məsələ isə, doğru sualları verə bilməkdir. Zəif və güclü tərəflərini müəyyən et, xarakterinin müsbət və mənfi tərəflərini aydınlaşdır, dəyər və prinsiplərini dəqiqləşdir və missiyanı müəyyən et. Bunları necə edəcəyini bilmirsən? Növbəti bloqlarımızda bu mövzuya bir daha toxunacağıq.

Böyük düşün
Stiv Cobs demiş, “böyük düşünün, kiçik başlayın”. Öz hədəflərini, məqsədini müəyyən et. Unutma, şəxsi inkişaf emosional, sağlamlıq, təhsil, maliyyə, münasibətlər və s. olmaqla həyatın bir sıra sahələrini özündə birləşdirməlidir. Qoyduğun hədəflərə bir gecədə nail olmaq mümkün olmayacaq, ona görə də, intizamlı şəkildə kiçik addımlarla irəliləməlisən.

Planla
Hər ayı, həftəni, günü əvvəlcədən planla. Plansız şəkildə etdiyin şeylərin təsadüfən istədiyin kimi nəticəsi ola bilər. Hər gün 1% belə olsa, inkişaf etsən, bu sənin üçün xeyirdir.

Davamlı öyrən və tətbiq et
Bir çoxumuzun etdiyi bir səhv var. Yeni nələrsə öyrənirik, ancaq onu tətbiq etmirik. Bu da bilik və təcrübə arasında boşluğa səbəb olur. Yeriyən ensiklopediya olmaq istəmirsənsə, öyrəndiklərini tətbiq etməyə çalış.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri