Sərhədlərimiz nə üçün önəmlidir? – PSİXOLOQ YAZIR

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 971
Səs ver:
(səs: 0)
Öz qərarlarımı verə bilmirəm, nə istədiyimi rahatlıqla dilə gətirə bilmirəm,yox deyə bilmirəm, digər insanların hislərinə görə məsuliyyət daşıyıram, ətrafımdakı insanlar kimi olmaq istəyirəm və onlar tərəfindən qəbul olunmaq üçün özümdən fədakarlıq etməkdən çəkinmirəm,bəzən çox stresli, qəzəbli oluram. Bütün bu yazılanlar tanış gəlirsə və ya özünüzdən bir parçalar tapdınızsa əgər, özünüzə dönüb nə edə bilərəm deyə düşünə bilərsiniz…

İnsanın sağlam bir psixologiyaya, emosional sağlamlığa sahib olmağı üçün öz sərhədlərini çəkə bilməyi vacibdir. Sərhədlərin çəkilməsi demək,təməlində insanın özünə mən əslində kiməm, nə istəyirəm, nə düşünürəm,hansı davranışlar özümü üzməyimə və ya özüm-özümə əziyyət verməyimə səbəb olur. Sağlam sərhədlərin çəkilməsi insanın mental sağlamlığının qarantiyası ola bilər, ancaq bu o qədər də asan olmur. Sərhəd qoya bilmək öyrənilə bilən bir qabiliyyətdir və həyatimizin ilk dövrlərindən başlayır. Bunun sağlam və ya sağlam qoyulmama səbəbi çox vaxt bizdən asılı olmayan səbəblərdən baş verir. Belə ki, doğulduğumuz bir gündən ilk sosiallaşdığımız mühit ailə, daha sonra məktəb,universitet və iş həyatı olaraq davam edir. Əgər sosial mühitimiz konservativ ideologiya təməllidirsə bu bizim özümüzü tanımağımızda,nəistədiyimizi, kim olduğumuzu anlamığımızda gecikdirici təsirə malik ola bilər. Nə qədər tezöz istək və ehtiyaclarının fərqinə varmaq o qədər tez sərhədlərin qoyulmasına səbəb olacaqdır. Bu zaman insanın özünə verə biləcəyi iki əsas sual yarana bilər:

1.Mən kiməm və nəyə görə məsuliyyət daşıyıram

2.Mən kiməm və nəyə görə məsuliyyət daşımıram.

Məsuliyyət daşıyıram :öz xoşbəxtliyimdən,öz davranışlarımdan,öz seçimlərimdən,öz hislərimdən.

Məsuliyyət daşımıram: Başqalarının xoşbəxtliyindən,başqalarının davranışlarından,başqalarının seçimlərindən,başqalarının hislərindən.

Yalnızca bunların fərqinə vardıqdan sonra sağlam bir formada sərhədlərimizi çəkib qoruya bilmək mümkündür.

Burada sual yarana bilər ki, sağlam çəkilmiş sərhəd və sağlam olmayan sərhədlər necə olur və bunun necə fərqinə varmaq olar. Sərhədlərini düzgün çəkmiş və ya başqa bir formada desək,sağlam sərhədləri olan bir insanın əsas göstəricisi o insanın həm emosional ,həm mental olaraq özünü rahat hiss etməsi və öz daxili dünyasında daha xoşbəxt olmasıdır.

Düzgün çəkilməmiş sərhədlər insanın öz kimliyini doğru təsbit edə bilməməsində ,qərar verməkdə çətinlik çəkməsində və ya sosial münasibətlərində çəkingənlik göstərməsində,davamlı digərlərinin hisləri və düşüncələri üzərindən hərəkət etməkləöz hisləri və düşüncələrini devalvasiya etməsi ilə xarakterizə olunur.Özü ilə birlikdə müxtəlif duyğuların yaranmasına( diskomfortluq,suçluluq,aqressiya,qorxu,qəzəb vəs.)səbəb olur.

Sərhədlərimiz bizi həm fiziki ,həm də emosional səviyyədə qoruyur. Fiziki səviyyə dedikdə,hər bir insanın intim zonasi vardır və hər bir insan çəkdiyi sərhəd ilə qarsındakı insana hansı məsafədə dayanmasını və ya hansı davranışının qəbul edilib hansı danranışının qəbul edilə bilməyəcəyini göstərmiş olur.

Emosional səviyyə dedikdə isə,qarşısındakı insanın istər verbal,istər davranışları ilə onu devalvasiya etməsini blokə etməsidir. Beləliklə, düzgün çəkilmiş sərhədlər insanın özdünyasında xoşbəxt olmasına, özünü olduğu kimi qəbul etməsinə səbəb olur. Eyni zamanda öz sərhədlərinizi göstərməklə insanlara onların sizə necə yanaşmasını göstərmiş olacaqsınız.

Çəkilən sərhədlər qarşı çıxmaq və ya başqaldırmaq kimi interpretasiya edilməməlidir. Sadəcə təməli sağlam qoyulmuş sərhədi olan bir insan nə istədiyini bilən və onu nəyin xoşbəxt ,nəyin demoralizə edə biləcəyinin fərqində olduğu üçün özü özünü narahat edə biləcəyi hər bir situasiyanı blokə edərək öz dünyasında daha xoşbəxt bir insandır.

Psixoloq İlahə Novruzova
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri