Xoşbəxt deyilsiniz, çünki...

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 4 455
Səs ver:
(səs: 1)
Əgər hər səhər yuxudan oyanıb başqa bir insan olmağı arzu edirsinizsə, deməli, bu haqda ciddi düşünməyin vaxtı gəlib çatıb. Başqalarının sahib olduqlarına sahib ola bilmədiyiniz üçün pis ola və şikayətlənə bilərsiniz. Ancaq sizin də sahib olduqlarınıza önəm verməyib özünüzə qarşı haqsızlıq etməyiniz inanın daha yüksəkdi. Ailem.az xoşbəxt olmaq istəyənlərə bəzi məsləhətlər təqdim edir.

Özünüzə haqsızlıq etməyin. Bir günü tamamilə özünüzə həsr etmək necə olar, sizcə? Gün boyu güzgünün önünə keçib ozünüzü incələyin. Sevdiyiniz özəlliklərinizi, başqalarının sizdə bəyəndikləri nədi, sahib olduqlarınızın sizə yaxın olan insanlar üçün nə qədər önəmli olduğunu xatırlayın.

Mükəmməl olmaq istəyinizi bir kənara qoyun. Ətrafınızda mükəmməl hesab etdiyiniz insanlar doğurdanmı mükəmməldi, yoxsa siz onları mükəmməlləşdirmisiniz?! Mükəmməl insan yoxdu. Həyatda həm uğurlarınız, həm də uğursuzluqlarınız var, bu, hamının həyatında rast gəlinir.

Duyğularınızı boş hesab etməyin. Yəqin ki, arada "etməliyəm?", ya "etməməliyəm?" sualları arasında qaldığınız hallar olur. Bəs heç olubmu "Özüm nə istəyirəm?" sualına önəm verəsiniz? İstəklərinizi ciddiyə almamaqla, başqalarının fikri ilə oturub durmaqla özünüzü bədbəxtliyə doğru aparırsınız.

Özünüz olmağa çalışın. Heç özünüz olmamaqdan sıxılmadınız? Ətrafınızdakı insanların dediyi kimi yaşamaqla bədbəxt olursunuz. Ətrafınıza bir baxın, özünüz seçsəniz belə, sevmədiyiniz şeyləri dəyişdirin.

Həyata sarılın. Hər kəsin həyatında sevincli və kədərli anları ola bilər. Ancaq çox insanlar bunları gəlib-keçici qəbul edib həyata sarılmağa çalışır. Kədərli olmağınızla ətrafa saçdığınız mənfi enerji sizi istər-istəməz bədbəxt edəcək.

Son bir çıxış yolu var. O da gülümsəmək. Ən kədərli anınızda belə üzünüzdən təbəssümü əskik etməyin və bunun zaman-zaman həyatınızı necə dəyişdirdiyini görəcəksiniz.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri