Əsəbilik ürək xəstəliyindəndir? Yoxsa…

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 6 491
Səs ver:
(səs: 1)
Müasir dünyamızda baş verən stresslər, psixi-emosional hadisələr əsəb sistemimizə təsirsiz ötüşmür. Bəs bu qədər gərginliklər ürəyinizə necə, təsir edirmi? Bunları aydınlaşdırmaq üçün əlbəttə ki, həkimə müraciət etməyiniz vacibdir. Amma bəzi əlamətlər vardır ki, onlar sizdə aşkarlanarsa əvvəlcə ürək, sonra isə əsəb həkiminə müraciət etmək lazımdır. Bəs bunu necə ayırd etmək olar?
Ürək xəstəlikləri zamanı xəstələrdə astenik sindrom baş verir. Bu əlamətlər toplusu xəstələrin demək olar ki, hamısında rast gəlininr.

Xəstələr aşağıdakı əlamətlərlə yuxudan dururlar:
- ümumi zəiflik
- halsızlıq
- fiziki zəiflik
- yorğunluq.

Bu hal onlarda axşama kimi davam edir. Ona görə də belə xəstələrin əhval-ruhiyələri heç vaxt yaxşı olmur. Lakin yataqda özlərini pis hiss etmirlər. Astenik sindrom özünü təkcə fiziki işdə deyil, intellektual səviyyədə də göstərir. Yaddaş və iradə zəifləyir, diqqəti cəmləmək çətin olur. Belə xəstələrin əmək qabiliyyəti də aşağı olur.
Xəstələrdə nevrotik simpomların olması da diqqəti cəlb edir. Belə ki, ürək səbəbli əsəb xəstəsi digər əsəb xəstələri kimi olmur, onlardan fərqlənirlər. Belə xəstələrin gözlərində qorxu ifadəsi olur, həkimlə danışan zaman gözlərini sağa- sola qaçırırlar. Söhbətləri davamlı olmur, öz xəstəlikləri barədə uzun-uzadı danışmağı xoşlayırlar. Danışan zaman əlləri və ayaqlarının, dil-dodağın əsməsi, tez-tez ətrafa nəzər salma kimi xüsusiyyətə sahib olurlar. Uzun illər hansısa xəstəliyin müalicəsinin səmərəsinin olmaması onların gözündə qəmginlik ifadəsi verir, onlar hətta zarafata belə reaksiya vermirlər.
Yuxarıda sadalanan əlamətlərdən əgər sizdə də varsa, həkimə müraciət ediniz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri