Psixoloq köməyinə ehtiyacınız varmı? – TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 17 313
Səs ver:
(səs: 4)
Qış, soyuq hava, depressiya və darıxdırıcılıq...
Bəzi hallarda psixoloqa müraciət etmək qaçılmaz hal alır. Ayağımız qırıldığında onu özümüz sağalda bilmədiyimiz kimi, depressiyanın bəzi növlərində köməksiz və psixoloq dəstəyi olmadan keçinmək olmur. Sizə psixoloq yardımı olub-olmadığını bilmək üçün testi həll edin.
 
1. Uşağınızın gündəlik qiymət cədvəlini yoxlayan zaman, pis qiymətlər görürsünüz. Bu zaman reaksiyanız necə olacaq? (Subaysınızsa onu əvəz edən başqa bir hadisə ola bilər.  Məsələn, dəyərli bir əşyanız itibsə)
a) Niyə pis qiymət almağının səbəbini öyrənməyə çalışıb və yardım edrsiniz
b) Əvvəlcə əsəbiləşirsiniz lakin sonra birlikdə oturub məsələni müzakirə edib və dərslərinə yardım edirsiniz
c) Aqressiv davranırsınız, hətta əsəbdən doğma uşağınızı da öldürə bilərsiniz

2. İşdən qayıdıb qonaq otağına daxil olursunuz. İşığı yandırırsınız və görürsünüz kimi, lapma xarab olub. Bu zaman nə edirsiniz?
a) Sakit şəkildə çantanı yerə qoyub başqa bir işığı yandırmağa gedirsiniz
b) Bəxtinizə lənət oxuyub və deyinirsiniz. Sonra isə lampanı dəyişməyə gedərsiniz
c) Özünüzdən çıxıb evdəkilərin üstünə qışqırırsınız ki, niyə bunu sizdən əvvəl düzətlməyib...

3. Gərginlik və hədsiz yorğunluqdan dolayı işdə ciddi səhvə yol verirsiniz. Rəhbəriniz sizə buna görə töhmət verib. Nə edərsiniz? 
a) Dinləyib və özünüz haqda düşünürsünüz. "Kifayətdir, özümə baxacam və bu gün tez yatacam. Səhər işə gedəndə yaxşı vəziyyətdə olum”.
b) Rəhbərinizin yanında göz yaşlarınıza sahib olursunuz. Lakin onun yanından çıxdıqdan sonra aptekə gedib sakitləşdirici dərman alırsınız.
c) Sizin əhvalınız və vəziyyətiniz o qədər pisləşir ki, rəhbəriniz özü sizə yardım etməyə hazırlaşır

Testin nəticələri 
Hər sualın a variantına 5 bal, b variantına 3 bal, c varianta isə 2 bal verin. 
13 baldan 15 bala qədər 
Sən kifayət qədər sakit və səbrli insansan. Əsəblərini cilovlaya bilir, hətta başqalarına da kömək etmək iqtidarındasan. Dostların sənin bu xarakterinə o qədər heyrandı ki, şəxsi həyatlarında olan problemləri sizinlə məsləhətləşməmiş həll edə bilmirlər. Sizin özünüz özünüzün psixoloqusunuz. 
11 baldan 9 bala qədər 
Əksər hallarda özünüzə nəzarət edə bilsəniz də, bəzən hisslərinizi idarə edə bilmirsiniz. Sizə mümkün qədər yaxşı istirahət etməyi məsləhət görürük. Təmiz havada gəzintiyə çıxın, sevdiyiniz musiqini dinləyin və kitab oxuyun... Bunlar əsəblərinizin daha yaxşı olmasına yardım edəcək. 
8 baldan 6 bala qədər 
Hər xırda şeyə əsəbləşən və özündən çıxan xarakterə maliksiniz. Sizin sinirləriniz yerində deyil və təcili psixoloq məsləhətinə ehtiyacınız var.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 17 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri