Həyat yoldaşımla necə barışım?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4680
Paylaş:
Səs ver:
(səs: 3)

Həyat yoldaşımla necə barışım? Bu sualla istənilən qadın rastlaşır. Boş səbəbdən yaranan incikliyi aradan qaldırmaq daha asandır. Lakin mübahisə mövzusu ciddidirsə barışmaq, xüsusilə birinci addımı atmaq olduqca çətin olur.

Mübahisə zamanı hər iki tərəf haqlı olduğunu sübut etmək üçün kobud sözlərdən, yüksək səs tonundan istifadə edir, sonda isə birinci addım atmaqdan çəkinir. Lakin sübut olunub ki, kişilərdə refleksiya daha zəif olduğundan mübahisələrdən qadınlar daha çox əzab çəkir. Buna görə ailənin qoruyucusu olan xanımlar çox vaxt birinci addım atmalı olurlar. Lakin haqsız vəziyyətə düşmədən barışığa ilk addımı necə atmaq lazımdır?

Heç bir söz demədən həyat yoldaşınız üçün şam işığında gözəl şam yeməyi hazırlaya bilərsiniz. Yoldaşınıza heç bir söz demədən evinizə ümumi dostlarınızı dəvət edə bilərsiniz. Söhbət zamanı ona müraciət edərək barışığa addım atmaq daha asan olar.

Psixoloqların fikrinə görə bir-birini itirmək qorxusu barışıq prosesini ehtiraslı və yadda qalan edir. Çox vaxt belə barışıqlar nəticəsində dünyaya yeni körpə gəlir.

Lakin bəzən elə hallar olur ki, qadın heç cür barışığa gedə bilmir. Buna səbəb xəyanət ola bilər. Bu halda yoldaşınızla ciddi söhbət etməlisiniz, çünki bir damın altında küsülü yaşamaq insan psixologiyasına ciddi zərbə vurur.

Asılılıq, narkomaniya, sərxoşluq və ya qumarbazlıq çox vaxt psixoloqa müraciət tələb edir. Bu halda özünü idarə edə bilməyən həyat yoldaşınızla ciddi söhbət aparmaq problemi həll etməyəcək.

Səbəb yalan danışmaqdırsa, bunun da səbəbləri fərqli ola bilər. Məsələn, yoldaşınız gəliri ailədən gizlədirsə səbəbini aydınlaşdırmağa çalışın. Bu sizin üçün səyahət sürpsizinə hazırlıq üçün atılmış addım ola bilər. Siz isə boş yerə qalmaqal çıxara bilərsiniz. Buna görə mübahisə etmədən öncə səbəbləri analiz edin. Axı biz qadınlar, ailəni qorumaq üçün yaranmışıq.


/Mənbə: Qadınlar.biz/

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 4680
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv