Gözlərinizin rənginə görə xasiyyətiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 007
Səs ver:
(səs: 16)

Qəhvəyi gözlər
Qəhvəyi rəngli gözlərə sahib olan insanlar ümumiyyətlə diqqəti öz üzərlərində görməyi çox sevirlər. Ağıllıdırlar ancaq onlara nə edilməsi lazım olduğunu deyilməsindən heç xoşlanmazlar. Yaradıcıdırlar və yeni düşüncələrə, ideyalara inanılmaz dərəcədə maraq duyarlar. Araşdırmalara görə qəhvəyi rəngli gözlərə sahib olan insanlar ümumiyyətlə öz duyğularını bildirməkdən utanar və hətta çox vaxt həqiqi hisslərini bildirməkdən çəkinərlər.

Qara gözlər
Qara gözlü insanlar hadisələr qarşısında çox tez həyəcanlanan , intizamlı və nizamlıdırlar. Hissiyatlıdırlar, sevgisi qədər kini də çox güclüdür. Onlar qarşılarındakı insanları həmişə idarə etmək istəyərlər.

Mavi gözlər
Mavi gözlərə sahib olan insanlar digərlərinə görə daha cazibədardırlar. Dünyanın hər yerində buna nümunələr görülə bilər. Ümumiyyətlə ,özünü dartan, soyuq görünürlər lakin əslində özlərindən daha çox başqaları ilə maraqlanmağı sevən, köməksevər və yaxşı niyyətli insanlardır. İzdihamları digər insanlara görə daha çox sevərlər. Dənizləri və okeanları çox xoşlayırlar.

Yaşıl gözlər
Yaşıl gözlü insanları izah etmək üçün ilk kəlmə "ehtiraslı" dır. Ümumiyyətlə münasibətləri çox uzun və davamlı olur. Təbiəti və macəranı həyatlarından heç bir zaman çıxarmaq istəməzlər. Çox qısqanc ola bilərlər. Üzlərinə qarşı bir şey deyərkən diqqətli olmalısınız çünki yaşıl gözlü insanların çoxu sözlərini deməkdən çəkinməz və hazırcavablığı çox sevərlər.

Açıq qəhvəyi gözlər
Əsla mübarizədən əl çəkməzlər. Belə gözlü insanlar üçün çəkişməyi, rəqabəti sevən insanlar olduğunu söyləmək heç də səhv olmaz. Enerjilidirlər və bu enerjilərini insanların köməyi üçün istifadə etməkdən də çox xoşlanırlar. Yalnız münasibətlərdə romantikaya yer verməyi sevərlər
(səs: 16)
Şərhlər: 3
Baxılıb: 14 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri