Gənc ana:“Dəhşətli fantaziyalar qurub, sekslə məşğul olublar”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 843
Səs ver:
(səs: 2)
Azərbaycanda əksər qızlar 22-25 yaş arası ərə gedir və elə, o yaşlarda da ana olur. Bu qızların əskəriyyəti elə bilir ki, onlar uşaqla bacarmazlar. Amma təbii ki, elə deyil. 
 
İndi hamiləlik və uşaqla bağlı bəzi qeydləri bölüşmək istəyirəm:
 
Hamiləlik:
 
"Filankəsin qızı sənlə bir vaxtda ərə getmişdi, artıq hamilədi”, "Bir şey-mir şey yoxdu?”, "İnşallah, tezliklə biz də nəvə görərik, eləmi, gəlin?” tipli atmacalar bitdi, ən çox buna görə sizi təbrik eləməyə dəyər!
 
Gedirsiniz həkimə, həkim böyük ehtimalla, sizi qorxutmağa başlayacaq – "Tərpənmə, uşaq düşər, maşında çox gəzmə, hoppanıb düşmə” – bunlara öyrəşin. Hələ uşaq doğulandan sonra da sizi qorxudub, sevincli anlarınızı burnunuzdan gətirən də tapılacaq. Vecinizə almayın çox. Bu, onların işidir.
 
İlk aylar
 
"Hamiləliyi təsvir et” desələr, bunları deyərəm: ürəkbulanma, qusma, yorğunluq, mədə yanğısı. Adama elə gəlir ki, həmişə qusacaqsan, amma qorxmayın, 4-cü aydan sonra qusma çox vaxt bitir. Həkimlə məsləhətləşin. Qusmaya qarşı hər hansı dərman istifadə etməyin. Bədən özü buna müqavimət göstərməlidir. Ümumiyyətlə hamiləlik dövründə çalışın ən çox 2 dərmandan istifadə edəsiniz. Həkiminiz çox dərman yazırsa, başqa həkim tapın.
 
Hamiləliyin son ayları
 
Sonrakı aylar daha rahatdır, əlbəttə. "Yeməyi yeməyə calamaq” dövrü də deyə bilərik. Çörəkdən, xəmir xörəklərindən qaçın. Sizə deyəcəklər: "Ye, uşaq böyük olsun”. Bunlara çox qulaq verməyin. Uşağın çəkisinin böyük olması sağlamlıq göstəricisi deyil. Körpələr bir kiloqramı cəmi bir aya yığır, amma siz hər ay bir kq itirə bilmirsiniz. Ona görə də, öz çəkinizin qeydinə qalın.
 
Hamiləlikdə seks
 
Azərbaycanda əri ilə cinsi əlaqəyə girmək istəməyən yüzlərlə qadının əlinə göydəndüşmə fürsət düşür – hamiləyəm, olmaz! Guya uşağın qeydinə qalırlar, guya başqa vaxt dəhşətli fantaziyalar qurub, sekslə məşğul olublar, indi hamilədi deyə heç nə olmaz. Kişinin də qanı it qanına dönür. Əslində, əlbəttə ki, bunlar bəhanədir. Hələ toy günü hamilə qalan arvadları olan kişilərin çəkdiklərini demirəm. Tam bir tragediya! Yazıq kişi öz-özünə təskinlik verir ki, "əşi, eybi yox, uşaq doğulandan sonra bol-bol sevişərik”. Ay hay! Uşaq doğulandan sonra da qadınların daxili orqanları ağrıyır, yəni daha bir neçə ay da dözməli olur! Sonra da arvadlar deyir, ərimiz xəyanət edir bizə. Yazıq ər neyləsin?!
 
Vaxtdan istifadə
 
Peşmansan gələcək uşağına oyuncaq, paltar, ya da başqa nəsə almağa. O dəqiqə nənə, baba, ata, ana başlayır ki, "amanın günüdür, düşər-düşməzi var, almayın”. Onlara da qulaq asmayın. Hamiləlikdən qabaq müalicə aldığınız vaxtda, yaxud elə hamiləlik dövründə çıxın gəzin, hər səfərdə bir şey alın. Bir bodi, bir oyuncaq, bir papaq, bir corab. Elə şeylər seçin ki, həm oğlan, həm də qız geyinə bilsin. Bir də baxacaqsınız ki, artıq uşağınızın hər şeyi hazırdır. Əgər hər şeyi doğuşdan sonraya saxlasınız, birdən birə çox pulunuz çıxacaq, üstəlik uşaqla vaxt keçirməkdən paltar almağa vaxtınız çox qalmayacaq, məcburən kimdənsə nəsə almağı xahiş edəcəksiniz. O da gedib, nə cür şeylər alacaq, Allah bilir.
 
Analıqdan qorxmaq
 
Başqalarının uşaqların öhdəsindən necə gəldiyini görəndə "mən heç vaxt belə edə bilmərəm” deməyiniz uşağınız olandan sonra sizə gülməli görünəcək. Bu, doğuşdan əvvəlki fikirdir. Doğuşdan sonra da "mən pis anayam, filankəsə bax hər şeyin öhdəsindən məndən yaxşı gəlir” deyəcəksiniz. Sonra ona da güləcəksiniz. Bircə şeyi daima yadda saxlayın – analıq instiktiv bir şeydir. Uşağınız üçün ən vacib şey onu sevməyiniz və yanında olmağınızdır. Ola bilər hansısa "mamaşa” sizlə söhbət edəndə "a filan şeyi etmirsən?”, "a niyə öyrətməmisən filan şeyi”, "a yox bizim uşaq quzu balasıdı”, "a gec yatır ki uşaq?” kimi qıcıq oyadan və sizi kompleksə salacaq suallar verəcək. O adamla əlaqəni dərhal kəsin. Çünki o qadın özü komplekslidir. Özünü uşağı vasitəsilə ilə reklam etməyə çalışır. Düzü, mənim onlara yazığım gəlir. Boş verin onları.
 
Bunlar mənim hamiləlikdə və uşaqlarımı böyütdüyüm dövrdə başqalarından eşitmək istədiyim şeylər idi. Yadıma düşdükcə yazacağam.
 
 http://diaryn22.wordpress.com/

(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri