Qadınlar niyə xəyanət edir? - PSİXOLOQ RƏYİ

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4177
Paylaş:
Səs ver:
(səs: 2)

"Münasibətlərin əksəriyyəti bir tərəfin qarşı tərəfə xəyanət etməsinə görə bitir” – bu artıq çox geniş yayılmış bir faktdır. Xəyanət çox vaxt kiçik yalanlarla başlayır, zaman keçdikcə isə bu yalanlar böyüyür və sonda o arzuolunmaz sonluq gerçəkləşir…

 

Xəyanətin bu cür geniş yayılmasının səbəbləri bir çox mütəxəssislər tərəfindən araşdırılmış və müxtəlif nəticələr əldə edilmişdir. İndi isə sizə həmin bu araşdırmaların bəzilərinin nəticələri haqqında məlumat vermək istəyirik.

 

Araşdırmalara əsasən, qadınlar əsl sevgi, kişilər isə fərqli tərəf müqabili axtarışında olduqlarına görə xəyanət edirlər.

 

Türkiyəli psixoloq Serkan Özgün xəyanət edənin xəyanət edilən üzərindəki təsiri haqqında araşdırmasında bu nəticələrə gəlib:

 

"Araşdırmada iştirak edən 189 türk qadını həyat yoldaşları tərəfindən aldadılıblar, lakin bu hal təkrarlanmadığına görə onlar evliliklərini davam etdiriblər. Nəticədə, bu qadınların 34,4 faizində stres sonrakı əsəb pozğunluğunun əlamətləri müşahidə edilib. Bu göstəricilər isə gözləniləndən çox yüksəkdir. Bununla yanaşı psixoloqlar düşünürlər ki, xəyanət aşkarlandığı zaman etdiyi hərəkəti təsdiq edən insanların psixoloji vəziyyəti hər şeyi inkar edənlərin vəziyyətindən qat-qat yaxşıdır.

Araşdırmada yazda aldatma hallarının geniş yayılması məsələsinə də aydınlıq gətirilib. Psixoloq bildirib ki, yaz mövsümündə aldatma hallarının artmasının səbəbi günün uzanması və havanın isinməsi ilə əlaqədar, insanların daha sosial həyat keçirmələri ilə bağlıdır.

 

Bu statistikaya əsasən, kişilərın aldatma faizi 20-40, qadınların isə 20-25 faiz olaraq göstərilir.


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 4177
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv