Altruizm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 676
Səs ver:
(səs: 0)
Altruizm bir insanın fədakarcasına, bəzən də öz həyatını təhlükəyə atmaqla başqaları üçün, hətta bəzən onların xəbəri belə olmadan xeyirxahlıq etməsi hesab edilir. Sosial biologiyanın banisi Edvard Uilson (1929) hesab edir ki, insanlardakı altruizm balasını, yəni nəslini xilas etmək naminə öz həyatını riskə atan ana heyvanlarda rast gəlinən altruizmə bənzərdir. Məsələn, əsgərlər öz ölkəsinin insanlarını xilas etmək üçün hər gün müxtəlif formalarda öz həyatını təhlükəyə ataraq qəhrəmanlıqlar göstərirlər. Digər tərəfdən, bu cür qəhrəmanlığın tənqidçiləri hesab edirlər ki, onlar öz mədəni və dini inanclarını, eləcə də öz şərəflərini qoruyurlar. Altruizm nə deməkdir? Onun iki əsas tərifi vardır. Bioloji altruizm dedikdə, hətta öz həyatın təhlükədə olsa belə, digər insanın həyatını xilas etməyə çalışmaqdır – məsələn, kimisə xilas etmək üçün gur çaya tullanmaq. Psixoloji altruizm isə hər hansı bir şəkildə heç bir mükafat əldə etməyəcəyini bildiyin halda başqası üçün fədakarlıq etməkdir – məsələn, insanlarla dolu qatarda ayaq üstə dayanmağın rahat olmadığını bildiyiniz halda ayağa duraraq kiməsə yer vermək.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri